Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:23

Azərbaycanın Müdafiə Nazirliyi cəbhə bölgəsində 2 erməni hərbçinin öldürüldüyünü bəyan edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd edərkən itki verərək geri çəkilməli olub.

Azərbaycan tərəfi ölənlərin leytenant Karen Galstyan və sıravi Artak Sarkisyan olduğunu deyir.

Məlumatı Ermənistan tərəfi də təsdiqləyib və hadisənin yanvarın 23-də Tavuş rayonu istiqamətində baş verdiyini deyir.

Ermənistanın müdafiə nazirliyi həmçinin Azərbaycan tərəfinin xeyli itki verərək geri çəkildiyini deyir.

Amma Azərbaycanın Müdafiə Nazirliyi bu məlumatı təkzib edib və Azərbaycan tərəfdən itki olmadığını bəyan edib.

Nazirlik ümumilikdə son bir ayda qarşı tərəfin 12 nəfər itki verdiyini deyir.

Son vaxtlar təmas xəttində vəziyyətin gərginləşdiyi müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG