Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:14

-

Naxçıvanda AXCP fəalını Hicran Qasımovun məhkəməsi şahidl ifadələriylə davam edib.

Bu haqda AzadlıqRadiosuna fəalın xanımı Səadət Qasımova məlumat verib. Səadət Qasımova deyir ki, hakim və dövlət ittihamçısı şahidlərin sərbəst ifadə verməsinə mane olublar:

«İki nəfər şahid dindirdilər. Həmin şahidlər Hicran avtomobilinə qoyulan qara bükülünü maşından çıxarıb zibil qabına atarkən görüblər. Hər iki şahid öz çıxışında bildirdi ki, istintaqda onlara təzyiq edib istədikləri yalan izahatı yazdırıblar. Bildirdilər ki, Hicranın günahı yoxdu, məhkəmədə həqiqəti demək istəyirik. Hakim buna şərait yaratmaq yerinə, dedi ki, istintaqa verdiyiniz ifadəni dəyişə bilməzsiz. Həm hakim, həm də prokuror onları hədələdi ki, ifadəni dəyişsələr, cinayət məsuliyyətinə cəlb olunacaqlar. Onlar da qorxudan dedi ki, əvvəlki ifadələrinin üstündə dururlar. Belə qanunsuzluq olmaz axı. Günahsız insanı həbs etmək üçün əllərindən gələni edirlər.»

Növbəti məhkəmə prosesi fevralın 2-nə təyin olunub.

AXCP Culfa rayon Təşkilatı Hicran Qasımovun noyabrın 3-dən yoxa çıxdığı bildirib. Bundan bir neçə gün sonra polisin onu saxladığı və haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçildiyi bəlli oldu. Lakin AXCP fəalının nədə ittiham olunduğu haqda məlumat verilmirdi. Bir neçə gün öncə onun Cinayət Məcəlləsinin 234.1 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 128 (sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirildiyi məlum olub. Ailəsi onun siyasi mənsubiyyətinə görə şərlənərək həbs edildiyini düşünür.

Ailənin iddialarına münasibət öyrənmək üçün AzadlıqRadiosu dəfələrlə muxtar respublika DİN-i ilə əlaqə saxlasa da, ordan hər hansı cavab almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG