Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:15

Rusiyalı siyasətçidən pəhriz məsləhəti


.

Ariv fotosu. Moskvada hipermarket. 15 yanvar 2015

Ariv fotosu. Moskvada hipermarket. 15 yanvar 2015

Ağır dövrlər qurban istəyir

Yekaterinburqda ərzaq mağazasına gedən deputat Ilya Gaffner yerli TV kameralara deyib ki, ruslar gərək pəhriz barədə düşünsünlər, çünki ərzağın qiyməti qalxır.

"Kobud desək, pulunuz qurtarırsa, yada salın ki, hamımız Rusiya vətəndaşı, Rusiya xalqıyıq və aclıq, soyuq görmüşük. İndi biraz da sağlamlığımız barədə düşünməli, az yeməliyik," Gaffner deyib.

Gaffner 2011-ci ildə bu vəzifəyə seçilib, bir il sonra hakim Vahid Rusiya Partiyasına qoşulub. Partiyanın mağazalarda qiymət və biznes qaydalarına uyğunluq reydləri keçirən layihəsinin üzvüdür.

Gaffner açıqlaması barədə mətbuata danışmaqdan imtina edib, ancaq Vahid Rusiyanın Yekaterinburg filialının direktoru Viktor Shepty Kommersant-a deyib ki, o, "qeyri-dəqiq" danışıb, "yüz düşünüb bir danışmaq gərəkdir".

YouTube-da Gaffner-in bu videosuna minlərlə baxış olub.

Global Voices Online xatırladır ki, bu ayın əvvəlində Sankt Peterburqda yerli rəsmi vətəndaşlara məsləhət görürdü ki, texnika gəlib çıxmırsa, küçələrini özləri qardan təmizləsinlər.

"Rusiya istehlakçıları artan qiymətlərdən getdikcə daha çox sıxılır, siyasətçilər ictimaiyyətin hökumətdən gözləntisini doğrultmağa çalışırlar. Demək, bu il belə diqqətsiz bəyanatlar çox olacaq," müəllif yazır.

Səudiyyə kralı Abdullah bin Abdul Aziz

Səudiyyə kralı Abdullah bin Abdul Aziz

Kral Abdulladan sonra çətin varislik

Washington Post Səudiyyə kralı Abdullah bin Adbul Aziz-in ölümündən sonra hakimiyyətin ötürülməsinin çox vacib bir məqamda baş verdiyini yazır. Belə ki, Birləşmiş Ştatların Yaxın Şərqdəki bu müttəfiqi neftin düşən qiymətləri və artan islamçı zorakılıqla mübarizə aparır.

90 yaşlı monarxın taxtına qardaşı şahzadə Salman çıxacaq. Bu 79 yaşlı varisin isə səhhəti pisdir, zehni zəiflikdən əziyyət çəkir.

Sünni dövləti olan Səudiyyə Ərəbistanı Amerikanın vacib ərəb müttəfiqidir.

"Müşahidəçilər hakimiyyətin Salmana rahat keçəcəyini proqnozlaşdırırdılar. Ancaq səhhətinin zəifliyi hakimiyyətinin qısa olacağı anlamına gəlir. Əgər ondan sonra hakimiyyət uğrunda savaş başlasa, bu, vacib məqamda Yaxın Şərqdə vakuum yaradar.

Səudiyyə Ərəbistanı ABŞ-ın İslam Dövləti qruplaşmasına qarşı koalisiyasının vacib üzvüdür, eləcə də qonşu Yəməndə süqut edən hökumətin böyük müttəfiqidir," Washington Post yazır.

"Səudiyyə Ərəbistanın çətin dövrə qədəm qoyduğunu düşünməyə əsas var. Belə bir çətin məqamda zehni zəiflik heç yaxşı olmadı. Yəmən parçalanır, İŞİD qapının ağzındadır... Yaxın Şərq üçün çox təhlükəli dövrdür," bunu isə Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunun eksperti Simon Henderson deyir.

Çeçenistanın rəhbəri Ramzan Kadyrov Qroznıda Charlie Hebdo əleyhinə mitinqdə. 19 yanvar 2015

Çeçenistanın rəhbəri Ramzan Kadyrov Qroznıda Charlie Hebdo əleyhinə mitinqdə. 19 yanvar 2015

Çeçenistan və Charlie Hebdo

"The New York Times" Çikaqoda Loyola Universitetinin professoru Michael Khodarkovsky-nin məqaləsini dərc edib.

Müəllif Moskvada "Mən Çarliyəm" şüarı tutmuş etirazçının saxlandığını, Məhəmməd Peyğəmbərin karikaturasının dərc olunmamasına dair bir agentliyə xəbərdarlıq olunduğunu yazır. Bazar ertəsi isə Qroznıda "İslamın düşmənləri" əleyhinə izdihamlı nümayiş keçirilib:

"Bu nümayiş cənab Putinin din və siyasəti necə məharətlə qatıb-qarışdırdığını göstərir. O, Rusiya Ortodoks Kilsəsinə çox bel bağlayır və ictimaiyyətin diqqətini ölkəsinin iqtisadi və sosial bəlalarından yayındırmaq üçün dəstəyini artırır. Ancaq Rusiya əhlisinin altıda-biri müsəlmanlardır. Təkcə Moskvada iki milyon müsəlman var".

Kreml Paris hücumlarından sonra Fransaya dərhal həmrəylik göstərsə, terrorçuluğu pisləsə də, hökumətyönlü media Charlie Hebdo jurnalistlərini də eyni dərəcədə qınadı.

Müəllif cənab Putinin Rusiyasının sərt tənqid üçün yaxşı yer olmadığını, "Kuklalar" televiziya şousunun da qadağan olunduğunu yad salır:

"Ancaq dindarların hisslərini qorumaq arzusunun arxasında mühafizəkar xristian, müsəlman və millətçi qrupların dəstəyini saxlamaq və islamçı ekstremistləri uzaq tutmaq cəhdi dayanır" deyə müəllif yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG