Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:23

Bakının orta məktəblərində monitorinq aparılır


Təhsil Nazirliyinin tapşırığı ilə Bakı şəhəri üzrə Təhsil İdarəsi paytaxtda yerləşən 300 orta ümumtəhsil məktəbində monitorinq aparır. Məqsəd paytaxtdakı orta məktəblərin təhsilin keyfiyyətinə görə reytinq cədvəlini hazırlamaq və eyni zamanda onların ehtiyaclarını öyrənməkdir. Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyir ki, monitorinqin nəticələrinə uyğun olaraq hər bir məktəblə bağlı inkişaf planı hazırlanacaq: «Həmin plan əsasında müəyyənləşdirəcəyik ki, Bakıda neçə orta məktəbdə əlavə korpus tikilməlidir, neçə orta məktəbdə təmirə ehtiyac var və s…»


Zəminə Əliqızı bildirir ki, monitorinq başa çatmaq üzrədir. Bu günlərdə onun nəticələri ictimaiyyətə açıqlanacaq və Təhsil nazirinin iştirakı ilə məktəb direktorlarının toplantısında müzakirə olunacaq.


XS
SM
MD
LG