Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:14

ABŞ Yəməndəki səfirlik əməkdaşlarını çıxarır


Huti yaraqlıları prezident sarayının keşikçi postu yaxınlığında

Huti yaraqlıları prezident sarayının keşikçi postu yaxınlığında

-

ABŞ rəsmiləri bildirir ki, Yəməndəki səfirlik əməkdaşlarından çoxu ölkədən çıxarılır.

Yanvarın 22-də Yəmən prezidenti Abd-Rabbu Mansour Hadi istefa verib. Onun istefasından bir neçə gün öncə İranın dəstəklədiyi Huti yaraqlıları prezident sarayını tutub.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Vaşinqtonun Yəmənə dəstəyinin davam etdiyini vurğulayıb.

Yəmən Al-Qaeda ilə mübarizədə Vaşinqtonun əsas müttəfiqi olub.

Rəsmilər Sanaadakı səfirliyin tamamilə bağlanması planının olmadığını deyirlər. Təhlilçilərin fikrincə, bu, ABŞ-ın bu ərəb ölkəsində terrorçuluqla mübarizəsində aşınma kimi görünər.

Günün bütün mövzuları

XS
SM
MD
LG