Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:08

ABŞ Özbəkistana zirehli texnika verib


MRAP
MRAP

-

Birləşmiş Ştatlar Özbəkistana terrorçuluq və narkotikayla mübarizə əməliyyatlarında istifadə üçün 328 zirehli maşın verib.

Bunu ABŞ Dövlət katibinin Orta Asiya üzrə köməkçisinin müavini Daniel Rosenblum yanvarın 22-də Amerikanın Səsinə deyib. Onun sözlərinə görə, mina və pusquya davamlı (MRAP) zirehli texnika ABŞ ordusunun işlənmiş maşınlarıdır.

Rosenblum əlavə edib ki, bu texnika "müdafiə təyinatlıdır", öldürücü deyil və Özbəkistanın Müdafiə Nazirliyinə verilir. ABŞ Özbəkistanın bu texnika üçün müraciətini qanuni hesab edib, çünki maşınlar ancaq qorumaq məqsədi daşıyır və terrorçuluq və narkotikayla mübarizə üçün ideal vasitədir.

Rosenblum deyib ki, Tacikistan və Qazaxıstan da ABŞ ordusundan avadanlıq almaqda maraqlı olduğunu bildirib və hazırda həmin müraciətlər dəyərləndirilir.

XS
SM
MD
LG