Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:41

Kerry deyir ki, İD-nə qarşı mübarizədə irəliləyiş var


London görüşü

London görüşü

-

ABŞ Dövlət katibi John Kerry deyir ki, İslam Dövləti (İD) silahlı qruplaşması qlobal problemdir, ancaq bu qrupla mübarizədə irəliləyiş əldə olunub. Kerry Londonda İD-nə qarşı ABŞ koalisiyasının görüşündən sonra danışıb. Kerrinin sözlərinə görə, İD-ni məğlub etmək "qısaldılması mümkün olmayan böyük bir tapşırıqdır". "Biz irəliləyişə nail olmuşuq və bu işi davam etdirəcəyik," Kerry deyib.

Suriya və İraqda İD-nə qarşı vuruşan koalisiyada 60-dək ölkə var. Avqustdan bəri İD-nə minədək hava zərbəsi endirilib.

Britaniyanın xarici işlər naziri Philip Hammond Kery ilə birlikdə London danışıqlarına ev sahibliyi edib. Hammond deyib ki, hazırda İraq qüvvələri "qarışıq durumdadır" və onların İD-ə böyük mübarizəyə başlaması aylar çəkəcək.

Kerry Vaşinqtonun İraq qüvvələrinə İD-lə mübarizə üçün 250 minaya və pusquya davamlı zirehli texnika verdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG