Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:13

-

BMT-nin Təhlükəsizlik Şurası Ukraynanın şərqində, Donetskdə avtobusa hücumu "ən güclü ifadələrlə" pisləyib. Yanvarın 22-də avtobusun atəşə tutulması nəticəsində 13 nəfər ölüb, 20 nəfər yaralanıb. Kiyev və rusiyayönlü separatçılar hücuma görə bir-birini ittiham ediblər.

Təhlükəsizlik Şurası müstəqil araşdırma aparılmasına və hücuma görə məsuliyyət daşıyanların mühakimə olunmasına çağırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, hadisəni ATƏT araşdırır. Jen Psaki onu da bildirib ki, bu hadisə yanvarın 21-də əldə olunmuş razılaşmanın yerinə yetirilməsinin vacibliyini göstərir. Rusiya, Ukrayna, Fransa və Almaniya Berlin danışıqlarında razılığa gəlmişdilər ki, rusiyapərəst yaraqlılarla hökumət qüvvələri arasında təhlükəsizlik zonaları yaradılsın.

Psakinin sözlərinə görə, Ukraynanın öz ərazisini müdafiə etmək hüququ var və pozuntuların çoxuna görə Rusiya və rusiyayönlü separatçılar məsuliyyət daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG