Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:17

İsrail və Fransanın Bakıdakı səfirlikləri qarşısında etiraz aksiyaları keçirilib


Oktyabrın 20-də Dini Etiqad və Vicdan Azadlığını Müdafiəsi Mərkəzinin (DEVAMM) bir qrup fəalı İsrailin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd etdi. Polis aksiyaçılardan 7 nəfəri saxlasa da, sonradan buraxib. Onlar İsrail qoşunlarının Fələstindəki hərəkətlərinə etiraz edirdilər.


Yarım saat sonra isə DEVAMM-ın 50 nəfərə yaxın üzvü Fransanın Bakıdakı səfirliyinin qarşısına toplaşdı. Onlar sözdə erməni genosidini tanımayanlara cəza verilməsiylə bağlı Fransa parlamentinin çıxardığı qərara etiraz etmək istəyirdilər. «Haqqı nahaqqa qurban verənlərə ar olsun!», «Allahu Əkbər!» şüarları səsləndirən aksiyaçıları polis sıxışdırandan sonra onlar yaxınlıqdakı bağa toplaşdılar. Burda onlar Fransa parlamentinin sözügedən qərarını pisləyən şüarlar səsləndirdilər. Polis çıxışlara mane olmadı. 10 dəqiqə davam edən piket insidentsiz başa çatdı.



Günün bütün mövzuları

XS
SM
MD
LG