Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:08

Ukraynada separatçılar Donetsk hava limanını zəbt ediblər


Donetsk hava limanı.

Donetsk hava limanı.

Prezident Poroshenko hava limanının ələ keçirilməsinin Rusiyanın birbaşa hərbi müdaxiləsi nəticəsində mümkün olduğunu bəyan edib.

Ukrayna qoşunları son günlər şiddətli döyüşlərin ara vermədiyi Donetsk aeroportunu tərk etməyə məcbur olub.

Hökumət bildirir ki, əsgərlər hava limanının bəzi hissələrini hələ də nəzarətdə saxlayırlar, lakin son döyüşlərdə 10 Ukrayna hərbçisi öldürülüb.

Prezident Petro Poroshenko-nun sözçüsü bildirib ki, hökumət təcili qaydada müşavirəyə toplanır.

Rusiya birbaşa müdaxilə edib

Prezident hava limanının ələ keçirilməsinin Rusiyanın birbaşa hərbi müdaxiləsi nəticəsində mümkün olduğunu bəyan edib.

Bundan bir qədər əvvəl qiyamçılar ələ keçirdikləri Ukrayna əsgərlərini nümayişkəranə şəkildə kütlənin arasından keçiriblər.

Ukraynanın şərqində, başqa yerlərdə də separatçılarla hökumət qoşunları arasında şiddətli döyüşlər davam edir.

Təhlilçilər diqqəti belə bir məqama çəkirlər ki, Donetsk aeroportunun zəbt olunması Berlində keçirilmiş danışıqların dərhal ardınca baş verib.

Prezident Poroshenko yeni səfərbərlik elan edib və bildirib ki, Kiyev Donbası nəyin bahasına olursa, olsun geri alacaq.

Berlin sammitində tərəflər arasında atəşkəsin bərpa olunmasına çağırış edilmişdi.

Atəşkəs artıq real görünmür

Lakin yerli müxbirlərin fikrincə, indiyədək o qədər qan axıdılıb ki, atəşin kəsilməsi artıq real görünmür.

Donetsk hava limanı həftələrdən bəri tərəflər arasında qızğın döyüşlərin meydanı idi.

Hazırda liman yararsız olacaq qədər dağıdılıb və sadəcə simvolik məna daşıyırdı.

Məhz buna görə də qiyamçıların bu “strateji məntəqəni” ələ keçirməsi Kiyevdə ciddi gərginliyə səbəb ola bilər.

Müşahidəçilər bildirirlər ki, döyüş əməliyyatları artıq Donetsk regionunun hüdudlarını aşmağa başlayıb.

ABŞ Ukrayna separatçılarını yeni torpaq qəsbkarlığında ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG