Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:35

«Yeni Müsavat» qəzetindəki «Üç vasitəçi, üçü də erməni dostu» başlıqlı məqalədə bildirilir ki, açıq-aşkar Ermənistanın mövqeyini və maraqlarını müdafiə edən Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ədalətli, obyektiv vasitəçi olması qeyri-mümkündür. Müəllif yazır ki, Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün tərəfsiz vasitəçiliyinə şübhələr təkcə Fransanın mövqeyinə görə yaranmayıb. Problem ondadır ki, həmsədrlərdən digər ikisi də Ermənistanın tərəfində olduqlarını indiyədək öz siyasətləri ilə sübut ediblər. Rusiya Ermənistanı Cənubi Qafqazda yeganə hərbi müttəfiqi sayır və ona hər cür dəstək verir, həmin dövlətin ərazisində böyük hərbi qüvvə saxlayır. Üstəlik, Rusiya Ermənistanı hərbi baxımdan müdafiə etmək haqda öhdəlik də götürüb. Üçüncü həmsədr ABŞ isə dövlət səviyyəsində hər iki tərəflə eyni münasibətlərdə olduğunu bəyan edir. Ancaq bu ölkənin Konqresində və siyasi çevrələrində erməni lobbisinin nə dərəcədə güclü təsirə malik olduğu bəllidir. Azərbaycan isə Ermənistana yardımlarını heç vaxt əsirgəməyən və hər üçü xristian olan üç ölkənin vasitəçiliyi ilə sakitcə razılaşır və onların iştirakı ilə keçirilən danışıqlarda iştirak edir.


Pre­zi­dent Ya­nın­da Əfv Ko­mis­si­ya­sı­nın üz­vü, mil­lət və­ki­li Azay Qu­li­yev «Şərq» qəzetinə açıq­la­ma­sın­da Ra­ma­zan bay­ra­mın­da əfv fər­ma­nı­nın im­za­la­na­ca­ğı­nı is­tis­na et­mə­yib. O, qeyd ebib ki, ko­mis­si­ya­nın ic­las­la­rı da­vam edir, mü­ra­ci­ət­lə­rə ba­xı­lır. Mü­ra­ci­ət­lə­rə ba­xıl­ma­sı bit­dik­dən son­ra sə­nəd­lər pre­zi­den­tə təq­dim edi­lə­cək. Azər­bay­can­da De­mok­ra­ti­ya­nın İn­ki­şa­fı və İn­san Haq­la­rı­nın Mü­da­fiə­si Fon­du­nun səd­ri Mu­rad Sa­dəd­di­nov isə müəlliflə söhbətində bil­dir­ib ki, əfv­lə bağ­lı ma­te­ri­al­lar ar­tıq ha­zır­dı. Qa­lıb sa­də­cə, fər­ma­nın im­za­lan­ma­sı. Və bö­yük eh­ti­mal­la bu, Ra­ma­zan bay­ra­mın­da ola­caq. Cənab Sa­dəd­di­novun sözlərinə görə, bu fər­ma­n çox az say­da si­ya­si məh­bu­su əha­tə edə­cək.


«525-ci qəzet» oxuculara bu gündən başlayaraq «Yeddi rəngli söhbət» adlı yeni layihəsini təqdim edir. Layihə çərçivəsində oxucular tanınmışların, xüsusilə də adı artıq siyasi-ictimai məna kəsb edən insanların fikirləri ilə tanış olacaqlar. Layihənin ilk qonağı isə Xarici İşlər naziri Elmar Məmmədyarovdur. Müsahibədə nazir şəxsi həyatına və təmsil etdiyi sahəyə aid müxbirin suallarını cavablandırıb. «Düşünürəm ki, Minsk Qrupunun həmsədrlərinin də qeyd etdiyi kimi, məsələnin həllini danışıqlar yolunda axtarmaq lazımdır. Buna baxmayaraq, ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Biz bu prinsipdən dönməyəcəyik», – bu sözləri isə cənab Məmmədyarov müxbirin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sualını cavablandırarkən deyib.


«Bakı-Xəbər» qəzetindəki «İlham Əliyev özünə yeni hərbi komanda yaradır» başlıqlı məqalədə bildirilir ki, prezident yanında Azərbaycan Silahlı Qüvvələri Baş İnspeksiya İdarəsinin yaradılması nəzərdə tutulub. Həmin strukturun yaradılmasından sonra, hazırda Müdafiə Nazirliyinə tabe olan Silahlı Qüvvələrin İnspeksiya İdarəsinin səlahiyyətləri məhdudlaşdırılacaq. Ali Baş Komandan yanında yaradılan Baş İnspeksiya İdarəsi isə bütün Silahlı Qüvvələrə nəzarət etmək imkanına malik olacaq. Yəni Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə nazirliklərinin tabeliyində olan və digər Silahlı Qüvvələrə sözügedən idarə tərəfindən nəzarət həyata keçiriləcək. Bütün bunlar isə, müəllifə görə, Silahlı Qüvvələrdə ciddi dəyişikliklərə start verildiyinin göstəricisi sayıla bilər. Media orqanlarında yayılan məlumatlara görə, əslində, İlham Əliyev özünə yeni hərbi komanda yaratmaq barədə qərar qəbul etdiyindən, Silahlı Qüvvələrdə dəyişikliklərin başlanmasına rəvac verilib. Cənab Əliyevin yeni hərbi komandasında isə hazırkı güc strukturlarının rəhbərlərindən bir neçəsinin təmsil olunmayacağı bildirilir.


XS
SM
MD
LG