Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:04

Səudiyyə kralı Abdullah vəfat edib


Səudiyyə Ərəbistanının kralı Abdullah vəfat edib. Bu barədə xəbər verən Reuters agentliyi bildirir ki, onun qardaşı Salman yeni kral elan olunub.

Təxminən 90 yaşlarında olan kral ağ ciyər iltihabından müalicə olunurdu.

2005-ci ildən başlanan monarxlığı dövründə kral dəfələrlə xəstəxanada yatmalı olmuşdu.

Yeni kral Səud ailəsi şurasına Muqrinin vəliəhd şahzadə kimi tanınması üçün müraciət edib.

XS
SM
MD
LG