Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:18

-

Orxan Pamukun heç bir romanı qısa zamanda bu qədər satılmamışdı.

Onun "Kafamda bir tühaflık" adlı son romanı ötən il dekabrın 9-da Türkiyədə satışa çıxarılıb.

O vaxtdan bəri iki basqısı satılıb qurtarıb, indi 3-cü nəşr basılır.

İndiyəcən romanın 180 min nüsxəsi satılıb.

Orxan Pamuk ötən həftənin sonu İstanbulda "D&R" kitab dükanında əsərini oxucuları üçün imzalayıb.

Kitabı ona imzalatmaq istəyənlər dükan önündə saatlarla növbədə gözləyib.

Yazıçı duyğularını bu sözlərlə dilə gətirib:

"İstanbul'da çok okurum olduğunu elbette fikren biliyordum ama okurlarla tek tek karşılaşmak, ne kadar çok ve heyecanlı olduklarını görmek ... Bu yazarı derinden mutlu eden birşey.."

Pamuk bu roman üzərində 6 il çalışıb.

Roman işini itirən boza (Türkiyədə dənli bitkilərdən çəkilən qidalı içki) satıcısının hekayətini anladır.

O, yaşadığı Konyanı tərk edib İstanbula üz tutur.

"CNN Türk"ə istinadla OxuZalı

Günün bütün mövzuları

XS
SM
MD
LG