Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:52

-

Azərbaycanda Avropadakı kimi evinin divarından rəsm əsəri asmaq, buna pul xərcləmək elə də dəbdə deyil.

Yəqin həm də buna görə bir çox istedadlı rəssamlar üçün əsərlərini satmaq müşkülə dönür.

"Huffington Post" qəzeti qonaq otağı üçün rəsm almaq istəyənlərə bunları məsləhət görür:

1. Həqiqətən xoşunuza gələn rəsm əsəri seçin. Çünki evə gələn qonaq yox, siz özünüz ona hər gün baxmalı olacaqsınız.

2. Mənziliniz ənənəvi dizayndadırsa, müasir sənət nümunəsi seçin, müasir dizayndadırsa, əksinə klassik sənət nümunəsi. Bu kontrast vizual effekti gücləndirir, interyerə marağı artırır.

3. Aldığınız rəsm əsərini otağa uyğunlaşdırmağa çalışmayın. Bu divar boşdu, qoy burdan asım deməyin. Əksinə elə edin ki, rəsm məkanda bir kontrast yaratsın, onu sənətlə dolğunlaşdırsın, tamamlasın. Yəni otaqda bir rolu olsun, itib-batmasın.

4. Keyfiyyətli çərçivəyə, şüşəyə pul xərcləməyə xəsislik etməyin. Bu, rəsm əsərinin məkandakı rolunu daha da önəmli edəcək.

5. Sintezdən çəkinməyin. Müxtəlif ülsubları, dövrləri bir araya gətirin. Qoy bahalı sənət nümunəsi də olsun, küçə rəssamının çəkdiyi ucuz rəsm də. Hansısa ölkədən gətirdiyiniz bir mənzərə də. Bütün bunlar eyni hekayəti anladır – Sizin hekayətinizi.

6. Görən olsa nə deyər? – prinsipi ilə iş görməyin. Necə rəsm əsəri seçmək məsələsində yalnız bir adamın fikri mühümdür. Sizin özünüzün. Rəsm təəccüb doğuracaqsa, yaxud şoka salacaqsa, deməli yadda qalacaq.

7. Sənətin hər növünə açıq olun. Rəssamlar gözəl əsərləri təkcə yağlı boya ilə yox, həm də mum, adi divar boyası, hətta tullantılardan da yaradırlar.

“Huffington Post”a istinadla OxuZalı

Günün bütün mövzuları

XS
SM
MD
LG