Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:14

Bakı Miniatür Kitab Muzeyi "Ginnes Dünya Rekordları" kitabına salınıb


Arxiv fotosu: Beyrutda Hassan Abed Rabbo "Quran"ın əllə yazılmış ən kiçik nüsxəsini nümayiş etdirir. 20 sentyabr 2010

Arxiv fotosu: Beyrutda Hassan Abed Rabbo "Quran"ın əllə yazılmış ən kiçik nüsxəsini nümayiş etdirir. 20 sentyabr 2010

.

“İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, dünyada ilk özəl Miniatür Kitab Muzeyi miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi "Ginnes Dünya Rekordları" kitabına daxil edilib. Bu barədə yanvarın 21-dən muzeyin özündən məlumat veriblər.

Muzeyin təsisçisi Zərifə Salahova bildirib ki, bugünlər kitabın rekordlar üzrə menecerlər komandasından alınan məlumata görə, muzeyin sifarişi qəbul edilib və o, miniatür kitabların dünyada ən böyük kolleksiyası hesab olunub.

Onun sözlərinə görə 30 ildən artıq müddətdə formalaşmış və 38 şüşə vitrində sərgilənən kolleksiyaya dünyanın 66 ölkəsində nəşr edilmiş 5 600-dən çox miniatür kitab daxildir

Muzeyin ən nadir eksponatları Yaponiyanın Tokio şəhərindəki “Toppan” nəşriyyatında buraxılmış dörd mikrokitab (onlardan biri 0,75x0,75mm formatında, üçü 2x2 mm formatındadır), habelə Almaniyada hazırlanmış dörd mikrokitabdır (bu nəşrlərdən biri 2,0x2,9 mm formatında, qalan üçü 3,5x3,5mm formatındadır).

Zərifə xanımın sözlərinə görə, muzeyin "Ginnes Dünya Rekordları" kitabına daxil edilməsinə nail olmaq üçün yarım ildən artıq gərgin işləmək lazım gəlib.

Direktor əlavə edib ki, muzeydə saxlanılan miniatür kitab nüsxələrindən 2 913-ü tələblərə uyğun gəlir. Bu kitabların ölçüləri miniatür kitabın müasir standartından-- 75x75 mm-dən çox deyil. Kitabların xeyli hissəsinin ölçüləri 100x100 mm-dəkdir. Bu da keçmiş SSRİ-də miniatür kitab standartlarına uyğundur.

Bundan əvvəl miniatür kitabların ən böyük kolleksiyası Nikuncu R.Vaqadinin kolleksiyası hesab edilirdi. Bu şəxs 258 adda müxtəlif miniatür kitab toplaya bilib.

Yaxın vaxtlarda Zərifə Salahovaya “Guinness World Records” sertifikatı təqdim ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG