Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:01

BMT İslam Dövləti yaraqlılarını rəhmsiz, qəddar qətllərdə ittiham edir


Arxiv fotosu: Islam Dövləti yaraqlıları ABŞ-dan olan jurnalist James Wright Foley-in başını kəsməzdən az öncə. 19 avqust 2014

Arxiv fotosu: Islam Dövləti yaraqlıları ABŞ-dan olan jurnalist James Wright Foley-in başını kəsməzdən az öncə. 19 avqust 2014

.

BMT-nin insan hüquqları ofisi deyib ki, İslam Dövləti yaraqlıları zəbt etdikləri ərazilərdə Şəriət məhkəməsi adı altında sadə adamlara qarşı qəddar və qeyri-insani cəzalar veriblər.

İnsan Hüquqları üzrə Ali Komissarın ofisinin sözçüsü Ravina Shamdasani deyib ki, yanvarın 20-də Mosulda homeseksuallıqda günahlandırılan kişini hündürlükdən atıblar.

Shamsadani deyib ki, bu, olduqca “rəhmsiz qətldir” və yaraqlılarının törətdiyi çox belə amansız qətllər var.

Ötən həftə yaraqlılar Mosulda hündür binanın damından atılan kişinin təsvirlərini yayıblar. Yayılan təsvirdə deyilir ki, "həmin şəxs Şəriət qaydaları əsasında öldürülüb. Bu qaydalara görə isə Allahın iradəsinə zidd hərəkətlərə yol verənlərin cəzalandırılması barədədir. Bu adam da əxlaqsız hərəkətlərə yol verdiyi üçün “yüksək yerdən atılıb”".

Yaraqlılar iki nəfəri də “quldurluğa” görə çarmıxa çəkdiklərini deyirlər.

İnsan Hüquqları üzrə Ali Komissarlıq bildirir ki, yaraqlılar homoseksuallığa görə edam etdiyi daha iki kişinin və xəyanət ittihamı ilə daşqalaq edilən qadının da şəkillərini yayıb.

Shamdasani deyir ki, onlara yaraqlıların qətlə yetirdiyi çox sayda qadınla bağlı məlumat daxil olub: “Oxumuş, təhsilli, peşəkar, xüsusilə seçkilərdə iştirak etmiş qadınlar risk altındadır. Təkcə 2015-ci ililin əvvəlindən onlar 3 qadın vəkili edam ediblər".

BMT-yə görə qətllərin ardı-arası kəsilmir: Bu gunlərdə Mosulda 4 həkim, İraq təhlükəsizlik orqanları ilə əməkdaşlıq etmək ittihamı ilə sünni Jumaili tayfasına mənsub olan 15 mülki şəxs şəhər meydanında güllələnib.

Yanvarın 9-da yaraqlılar Tkrıt yaxınlığında yerləşən Dourda 14 adamı onlara sədaqət andı içməmək ittihamı ilə öldürüblər.

İslam Dövləti yaraqlıları uşaqlara qarşı da qəddarcasına davranırlar. BMT əməkdaşlarından biri, humanitar yardım üzrə əlaqələndirici Valerie Amos dekabrın 15-də açıqlamışdı ki, yaraqlıların nəzarəti altında olan ərazilərdə uşaqlar öldürülür, ya da adamların gözü qarşısında edam edilir, çarmıxa çəkilir, boynu vurulur, daşqalaq edilir.

Keçən ilin əvvəlindən başlayaraq Suriya və İraqın ərazilərinin bir qismini zəbt etmiş radikal islamçı qruplar orada özlərinə dövlət elan etdiklərini bildirirlər. Yaraqlıların tez-tez qəddar qətllərini çəkərək sosial mediada yayırlar.

İraq ordusu və ayrı-ayrı qəbilə qrupları yaraqlılara qarşı mübarizə aparırlar. ABŞ və başqa Qərb ölkələri də havadan yaraqlılara zərbələr endirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG