Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:59

Rusdilillər və Davosda rus partiləri


Məktəbdə rus dili dərsi (Rusiya. Moskva/ Ria Novosti)

Məktəbdə rus dili dərsi (Rusiya. Moskva/ Ria Novosti)

-

22 yanvar media icmalında oxu

RUSDİLLİLƏRLƏ NECƏ DANIŞMAQ...

«Avropa Birliyinin xoşuna gəlsə də, gəlməsə də, milyonlarla sakini rusdilli mədəniyyət qatına aiddir. Ancaq onlarla necə danışmalıyıq?» Bunu Leonid Ragozin opendemocracy.net saytında dərc olunmuş məqaləsində yazır.

İngilis, alman, fransız, italiyan, ispan və polyak dilləri Avropa Birliyində ən çox danışılan altı dildir, bunu Avrobarometr bildirir. Ancaq bu altı dildən fərqli olaraq yeddinci yerdə qərarlaşan dilin rəsmi statusu yoxdur. Bu, Avropanın üçdə ikisini əhatə edən birlik sakinlərinin 6%-nin danışdığı rus dilidir.

«Etiraf edək ki, onlardan çoxu üçün rus dili ikinci dildir – AB əhalisinin 1%-i rus dilini ana dili adlandırır. Bu bir faiz də Danimarka və ya Finlandiya əhalisi ilə müqayisə oluna bilər. Rus dili türk və ərəb dillərindən fərqli olaraq daha çox istifadə olunan mühacir dilidir».

«AB-nin xoşlanıb xoşlanmamasından asılı olmayaraq, milyonlarla sakini rusdilli mədəniyyət qatına, və yaxud Kreml propoqandasının diliylə desək, «rus dünyası»na aiddir». Ancaq illər boyu AB-nin rusdilli komponentinə kollektiv münasibəti laqeydlik və onun kökünü tədricən kəsmək arzusuna söykənib. Rus dilinə Kommunizm və imperiya ekspansionizminin mirası kimi baxılıb.

Müəllifin fikrincə, Ukrayna konflikti göstərdi ki, rusdillililəri təcrid etmək, Rusiyadakılarla əlaqə qurmamağın riskləri var. Alternativin olmadığı bir mühitdə rusdillilər Moskvanın təkmil təbliğat maşınının qurbanına çevrilirlər. Bu, AB-yə qonşu dövlətlər üçün yüksək və birbaşa təhlükəsizlik riski yaradır, eləcə də şərqi Baltikdəki AB üzvləri üçün ciddi başağrısıdır. Bu ölkələrdə rusdillilər əhalinin üçdə birini təşkil edir.

Avropa çoxdan ayağa qalxmalı və deməliydi ki, rus dilinin sahibi Kreml deyil

«Avropa çoxdan ayağa qalxmalı və deməliydi ki, rus dilinin sahibi Kreml deyil. Ancaq AB-də rusdilli televiziya kanalı açmaq ideyası da indi ortaya atılıb. Rusdilli əhalisinin sayı çox olan Latviya AB-nin prezidentliyinə başlayan bir məqamda. Ancaq bu plan da realdırmı?»

Müəllif yazır ki, AB ölkələri heç bir halda Rusiyanın əyləncə/təbliğat maşınını əvəzləyə bilməz. «Buna cəhd etməyə də dəyməz. Al Jazeera tipli xəbər kanalı daha real plandı».

Arxiv fotosu

Arxiv fotosu

Leonid Ragozin yazır ki, rusdilli auditoriyanı hədəfləyən Avropa və Amerika xəbər təşkilatları da kədərli durumdadır. BBC-nin rus xidməti, Azadlıq Radiosu, Amerikanın Səsi də video reportajlar hazırlayır, onlar tam kanala çevrilə bilər. Ancaq bu təşkilatlar da mövcudluq böhranı içindədirlər. «Onlar kimə və niyə danışırlar? Missiyaları nədir?» deyə müəllif sual edir.

RUSLARIN PARTİSİ BİTMƏYİB

«Ukrayna sanksiyalarına baxmayaraq Davosda ruslar üçün parti davam edir». Bunu Matthew CampbellOlga Tanas bloomberg.com-da yazır.

Yazıda qeyd olunur ki, İsveçrənin Davos şəhərində başlanan Dünya İqtisadi Forumunda Rusiyanın VTB bankı parti keçirib. Müəlliflər ABŞ və Avropa Birliyinin sanksiyalarından sonra bu bankdan yüzlərlə işçinin ixtisara düşdüyünü qeyd edir.

Dəvətnamələrdə qonaqların «müasir Rusiya mühiti»nə dəvət olunduğu yazılıb. Qonaqlara kürü verilib, müğənni Leonid Agutin, Serbiya ulduzu Emir Kusturica öz orkestri ilə onları feyziyab edib.

Davos. Dünya İqtisadi Forumu

Davos. Dünya İqtisadi Forumu

«Dünya İqtisadi Forumunun strateji tərəfdaşı kimi biz açılış mərasiminə həsr olunmuş qəbul təşkil etmişik,» VTB-nin mətbuat xidməti bildirib.

Bloomberg yazır ki, Rusiya milyarderləri və biznes liderləri iqtisadi sanksiyalara baxmayaraq, bu il Davosda heç də əskik görünmək fikrində deyillər. Rusiyanın nümayəndə heyətinə 73 biznes rəhbəri daxildir, ötən il onların sayı 83 idi. Onların içində sanksiyaların vurduğu şirkətlərin təmsilçiləri də var. Məsələn, VTB sədri Andrey KostinSberbank-ın rəhbəri Herman Gref cümə günü səhər yeməyi verəcəklər. Kostin Davosda mühitin müsbət olduğunu qeyd edib.

«Birinci gecədir, ancaq burada dostlarımız çoxdur. Ukraynalı, avropalı, amerikalı dostlarımız. Ukrayna böhranına görə bəzi biznes münasibətləri məhdudlaşıb, ancaq bu, şəxsi münasibətlərimizə təsir etməyib,» Kostin qeyd edib.

Bloomberg yazır ki, 7.7 milyard dollar sərvəti olan alüminium maqnatı Oleg Deripaska da adətən Davosda parti təşkil edir.

Bəzi rusiyalıların iştirakı qlobal şirkətləri üçün işi qəlizləşdirir, çünki onlarla görüşləri olmayacaq. Özlərini rahat hiss etməyəcəklər. Məsələn, mən getməmək barədə düşünərdim," bunu Kaliforniya Universitetinin iqtisadçısı Laura Tyson deyir.

Fransanın xarici işlər naziri Laurent Fabius İranın Xarici İşlər naziri Javad Zarifi ilə görüşü

Fransanın xarici işlər naziri Laurent Fabius İranın Xarici İşlər naziri Javad Zarifi ilə görüşü

Ancaq məsələn, Kaspersky Lab-ın rəhbəri Eugene Kaspersky deyir ki, geo-siyasət onun Davosda biznes qurmaq imkanlarına təsir etməyəcək.

İRANLA DİPLOMATİYAYA ŞANS VERİN

Washington Post-da Fransanın xarici işlər naziri Laurent Fabius, onun britaniyalı və alman həmkarları Philip HammondFrank-Walter Steinmeier-in məqaləsi dərc olunub.

Müəlliflər İranın nüvə proqramı üzrə aparılan danışıqlardan bəhs edir və vurğulayırlar ki, artıq beynəlxalq ictimaiyyət İranın nüvə obyektlərinə giriş əldə edib, İranın öhdəliklərinə necə əməl etdiyin yoxlaya bilir. Bütün bunlar aralıq sazişsiz mümkünsüz olardı.

"Uğur əldə olunması üçün diplomatiyaya mümkün olan şanslar verilməlidir. İrana təzyiq saxlanmalıdır. Ancaq danışıqların getdiyi indiki məqamda yeni sanksiyalar cəhdlərimizə təhlükə yaradar. İranlılardan çoxu təcriddən azad olmaq, dünyaya qaynayıb qarışmaqdan qazanacaqlarının fərqindədir, ancaq Tehranda hər hansı nüvə sazişinə qarşı çıxanlar da var. Belələrinə yeni arqumentlər verməməliyik," müəlliflər yazır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG