Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:11

İlham Əliyev Almaniyada öhdəlik götürüb?


.

Almaniya kansleri Angela merkel və Azərbaycan prezidenti İlham Əliyev, Berlin 21 yanvar 2015

Almaniya kansleri Angela merkel və Azərbaycan prezidenti İlham Əliyev, Berlin 21 yanvar 2015

AZƏRBAYCANDA İNSAN HAQLARININ VƏZİYYƏTİ MERKELİN DİQQƏTİNDƏ...
Yanvarın 22-də yerli media Azərbaycanın dövlət başçısı İlham Əliyevin Almaniya səfərinə xüsusi diqqət ayırıb.

“Azadlıq” qəzeti yazır: “İlham Əliyev Almaniyada etirazla qarşılandı”...

Qəzet görüşü bu şəkildə özətləyir:

"Merkel insan haqlarına vurğu saldı; görüş yerinin önündə aksiya; mətbuat konfransında çətin suallar və çağırışlar...”

“Almaniya kansleri Angela Merkel mətbuata deyib ki, Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə etdikləri xüsusi mövzu olub: “Müxtəlif mövzular ətrafında fikir mübadiləsi apardıq. Xüsusən də Azərbaycanda insan hüquqlarının vəziyyəti, həmçinin regionda baş verən geosiyasi vəziyyət haqqında danışdıq”.

Merkel Azərbaycanla Avropa Birliyi arasındakı münasibətləri də müzakirə etdiklərinə işarə vurub. Onun dediklərindən belə anlaşılıb ki, İlham Əliyev AB-yə inteqrasiya ilə bağlı ya ciddi vəd verib, ya da öhdəlik götürüb.

“Azərbaycanın “Şərq tərəfdaşlığı” Proqramında iştirakı ilə bağlı da danışdıq. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməkdədir və “Şərq tərəfdaşlığı” Proqramına üzv olmaqla, bu layihəyə töhfəsini verəcək”, - deyə Merkel bildirib.

Yeri gəlmişkən, İlham Əliyev açıqlamasında bu məsələlərin heç birinə toxunmayıb. O, müzakirə etdikləri mövzular kimi əsasən Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əlaqələr və qaz layihələrindən danışıb.

Jurnalistlərin Azərbaycanda insan haqlarının məhdudlaşdırılması haqda suallarına Ilham Əliyevin cavabını şərh edən “Azadlıq” yazır:

“Bu minvalla ümumiləşdirmə aparsaq, deyə bilərik ki, ölkə başçısı Berlində təkcə etriazlarla qarşılanmayıb, həm də cavabı çətin birbaşa suallarla üzləşib və etiraz aksiyalarını görməzdən gəlməklə, suallara isə qeyri-səmimi, həqiqətdən kənar cavablar verməklə vəziyyətdən çıxmağa çalışıb”.

Fəzail Ağamalı

Fəzail Ağamalı

DEPUTAT AZƏRBAYCANLA AVROPA ARASINDA PROBLEM GÖRMÜR

Bu səfəri yerli siaysətçilərlə şərh edən “Yeni Müsavat” qəzetinin başlığı belədir: İlham Əliyev Almaniyada mühüm mesajlar verdi.

“Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı səfərlə bağlı yüksək fikirdədir:

“Prezidentin Almaniya səfəri bir daha sübut etdi ki, Azərbaycanın Avropa İttifaqı ilə hər hansı problemi yoxdur. Nəzərə alsaq ki, Almaniya Avropa İttifaqında önəmli ölkədir, bu mənada Azərbaycan prezidentinin bu ölkəyə səfəri, əlbəttə, təkcə Almaniya səfəri kimi deyil, həm də Avropa İttifaqına səfəri, ona olan münasibətin ifadəsi kimi qiymətləndirilməlidir. Avropa bu gün Azərbaycanın enerjidaşıyıcıları, xüsusilə qazla təminatında, onun enerji təhlükəsizliyində oynadığı rolun fərqindədir”.

Deputata görə, bu baxımdan Azərbaycanın yeri və rolu yüksək qiymətləndirilir:

“Azərbaycanın bir partnyor olaraq Avropa ölkələri ilə əməkdaşlığında üzərinə götürmüş olduğu vəzifələri qeyd-şərtsiz yerinə yetirməsi heç şübhəsiz ki, onu dünyada, eyni zamanda Avropa ölkələri arasında öhdəliklərinə sadiq olan ölkə imicini qazandırıb. Bu gün Ağ Ev Administrasiyasının ermənipərəst dairələrindən fərqli olaraq Avropa ilə Azərbaycan arasında münasibətlərdə hər hansı problem yoxdur ”.

Fəzail Ağamalı Avropadakı bir sıra QHT-lərin Merkelə ünvanladığı müraciət haqda da rəyini bildirdi:

“Həmin QHT-lər Leyla Yunusla bağlı təşkilatlardır. Əsasən antiAzərbaycan mövqeyi tutan bu təşkilatların sıx alyansı mövcuddur və bu şəkildə fəaliyyət göstərirlər, vahid mərkəzdən idarə olunurlar, eyni mənbədən qidalanır, maliyyələşirlər. Bunlar bizə bəllidir. Ona görə də həmin təşkilatların Merkelə müraciətinin Merkel-Əliyev münasibətlərində hər hansı bir soyuqluq yaradacağını qətiyyən güman etmirəm. Ola bilsin ki, Merkel həmin müraciətlərə hansısa bir səviyyədə münasibətini ifadə edə bilər və bu məsələ cənab prezidentin diqqətinə çatdırıla bilər. Ancaq epizodik bir müzakirədən o tərəfə keçə bilməz. Çünki dövlətlərarsı münasibətlər önəmlidir, nəinki QHT-lərin həqiqəti əks etdirməyən dosyeləri və ya şikayətləri”.

KREDİT ÜÇÜN QOYULAN GİROVLAR QAYTARILMIR...

"VF Azərkredit"in hesablarına həbs qoyulub” adlı məqaləsində “Bizimyol” qəzeti yazır: “Bank olmayan kredit təşkilatında müştərilərin girov əmanətləri geri qaytarılmır”.

"VF AzərKredit" bank olmayan kredit təşkilatı ilə bu qurumdan girov müqabilində vəsait götürmüş vətəndaşlar arasında böyük qalmaqal yaranıb. İki aya yaxındır ki, borcunu ödəyən müştərilərin qızıl-zinət əşyaları sahiblərinə qaytarılmır". Bu barədə "Bizim Yol" qəzetinə "VF Azərkredit"ə girov verdiyi əmlakını ala bilməyən müştərilər məlumat verib.

Mənbə bildirib ki, iki aya yaxındır götürdüyü krediti bağlasa da, qızıl-zinət əşyalarını ona qaytarmırlar: "Hər dəfə bizə bir söz deyib geri qaytarırlar. Sonuncu dəfə dedilər ki, problem "VF Azərkredit"in bütün strukturlarında yaşanır, nə zaman həll olunacağı da bəlli deyil. Arzuolunmaz duruma görə müştərilərin yanında etibarını itiriblər".

"Bizim Yol" qəzetinə qurumun əməkdaşı yaranmış vəziyyətlə bağlı bunları bildirib:

"VF Azərkredit"in hesablarına və girov qutularına qarşı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin qərarı ilə həbs qoyulub. Təşkilatın fəaliyyətində hansısa şübhəli məqamlarla bağlı araşdırma aparılır. Bu səbəbdən biz vətəndaşların girov əmanətlərini geri qaytara bilmirik".

Baş Prokurorluğun Mətbuat Xidməti qəzetin suallarına daha sonra cavab verəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG