Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:06

Donetskdə azı 5 dinc sakinin öldüyü xəbər verilir


Ukraynanın şərqindəki rusiyapərəst separatçılar və Rusiya mediyası Donetskdəki avtobus dayanacaqlardan birində baş verən partlayışda azı 5 nəfərin öldüyünü xəbər verirlər.

İnterfaks agentliyi isə separatçıların nümayəndəsi Eduard Basurinə istinadla ölənlərin 9 nəfər olduğunu xəbər verir.

Həmçinin separatçıların başqa bir rəsmisi ölənlərin 5 nəfər olduğunu deyir.

Rossia-24 televiziya kanalı isə 13 nəfərin öldüyünü, xeyli adamın isə yaralandığını xəbər verir.

Partlayışın səbəbi hələlik bəlli deyil.

Amma bəzi məlumatlara görə, dayanacağa mərmi düşüb.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 4800-dən çox adam ölüb.

XS
SM
MD
LG