Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:59

ABŞ və Kuba rəsmiləri yüksək səviyyəli danışıqlara başlayıblar


Havanada ABŞ-Kuba danışıqları
Havanada ABŞ-Kuba danışıqları

-

Kuba və Birləşmiş Ştatlar rəsmiləri diplomatik münasibətlərin bərpası üçün yüksək səviyyəli danışıqların ilk iclasını keçiriblər.

Kuba Birləşmiş Ştatları çağırıb ki, ABŞ torpağına qədəm basan istənilən kubalıya avtomatik hüquqi rezidensiya verən immiqrasiya üstünlüklərinə son qoysun.

Ancaq ABŞ rəsmisi bu siyasətin dəyişməyəcəyini deyib.

İki günlük danışıqlar birinci dəfədir keçirilir. ABŞ prezidenti Barack Obama və Kuba prezidenti Raul Castro dekabrın 17-də elan edib ki, onlar 1961-ci ildə Vaşinqton tərəfdən kəsilmiş diplomatik münasibətlərin bərpası üçün işləyəcəklər.

Obama hazırda kommunist idarəçiliyində olan Kubaya iqtisadi sanksiyaların və 53 illik ticarət embarqosunun götürülməsi yolunu tutub.

XS
SM
MD
LG