Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:17

Kürd qüvvələri İD-nin əsas təchizat xəttini kəsib


Mosulda kürd peşmərgə döyüşçüsü

Mosulda kürd peşmərgə döyüşçüsü

-

Kürd qüvvələri İraqın şimalında İslam Dövləti (İD) yaraqlılarına qarşı böyük hücuma başlayıb. Məlumatlara görə, peşmərgə döyüşçüləri beş istiqamətdən hücuma keçib və Mosuldan 40 km qərbdə, mühüm sayılan Kiske yolayrıcından yuxarıda mövqe tutub.

ABŞ koalisiyası hava hücumları ilə bu əməliyyatı dəstəkləyib. Qurudan hücum yanvarın 21-də davam edib.

Kürdlərin irəliləməsi ilə İD-nin Mosul və Tal Afarda mövqelərini birləşdirən əsas yol bağlanıb. Təhlilçilərin fikrincə, kürdlər bu yolu bağlı saxlaya bilsələr, Mosul Tal Afardan təcrid olunmuş vəziyyətdə qalar.

İD Suriyanın şərqində də böyük ərazilərə nəzarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG