Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:41

Anti-İD koalisiyası Londonda görüşür


İD yaraqlıları iordaniyalı pilotu tutub

İD yaraqlıları iordaniyalı pilotu tutub

-

İslam Dövləti (İD) silahlı qruplaşmasına qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın üzv dövlətlərinin xarici işlər nazirləri yanvarın 22-də toplaşırlar. ABŞ dövlət katibi John Kerry və Britaniyanın xarici işlər naziri Philip Hammond Londonda keçiriləcək danışıqlara birgə ev sahibliyi edir. Bu ayın əvvəlində Paris hücumlarında 17 nəfərin ölümündən sonra ABŞ koalisiyası birinci dəfədir yığışır.

"Terrorçular bizi ayırmağa çalışırlar, ancaq onların hərəkətləri əks təsir göstərib, bizi birləşdirir," Kerry yanvarın 21-də Vaşinqtondan Londona yola düşməzdən öncə deyib.

Dövlət departamenti rəsmisinin sözlərinə görə, görüşün əsas mövzusu xarici döyüşçülər olacaq və yaraqlıların səyahətini əngəlləmək çün informasiyanın paylaşılması üzrə ekspertlərdən ibarət işçi qrup yaradılacaq.

Avropa polis agentliyi Avropolun hesablamalarına görə, 5 min AB vətəndaşı Suriya və İraqda İD yaraqlılarına qoşulmağa gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG