Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:57

Ukrayna və Rusiya ağır silahları geri çəkməyə razılaşıb


-

Almaniyanın xarici işlər naziri deyir ki, Berlində Ukrayna böhranına dair danışıqlar ölkənin şərqindən ağır silahların geri çəkilməsinə dair razılaşma ilə bitib. Frank-Walter Steinmeier bu elanı yanvarın 21-də verib. Rusiyadan Sergei Lavrov, Ukraynadan Pavlo Klimkin və Fransa xarici işlər naziri Laurent Fabius ilə dörd saatlıq görüş keçirilib. Steinmeier deyib ki, tərəflər rusiyayönlü yaraqlıların və Kiyevin qüvvələrini təmas xəttinin 15 kilometrliyinə çəkməyə razılaşıblar. Həmin xətt ötən il Minsk razılaşmasında müəyyənləşib.

Steinmeier-in sözlərinə görə, razılaşma irəliləyiş göstəricisidir, ancaq Ukraynanın şərqində sülhə nail olunması üçün cəhdlərdə "dəyişiklik" yoxdur. Rusiyayönlü separatçılarla Ukrayna qüvvələri ölkənin şərqində aylardır vuruşur. Berlin danışıqları ilə eyni vaxtda xəbərlər yayılıb ki, separatçılar Ukraynanın şərqində qaynar nöqtəyə daha çox silah və döyüşçü yığır.

XS
SM
MD
LG