Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:01

Ukrayna: ABŞ separatçıları qəsbkarlıqda ittiham edir


ABŞ dövlət katibi John Kerry.

ABŞ dövlət katibi John Kerry.

ABŞ dövlət katibi John Kerry Rusiya yönlü separatçıları “aşıq-aşkar torpaq qəsbkarlığı”nda ittham edib.

ABŞ dövlət katibi John Kerry Rusiya yönlü separatçıları “aşıq-aşkar torpaq qəsbkarlığı”nda ittham edib.

Bu bəyanatdan bir qədər əvvəl Rusiya tərəfindən dəstəklənən Ukrayna separatçılarının nəzarətlərində olan ərazini genişləndirdikləri barədə xəbərlər alınırdı.

Ukrayna bəyan edib ki, ölkənin şərqində qiyamçılarla çiyin-çiyinə Rusiya ordusunun 9 min əsgəri də döyüşür.

Berlin danışıqları

Bu arada Ukrayna, Rusiya, Fransa və Almaniya xarici işlər nazirlıəri Berlində keçirilən gizli danışıqların ardınca döyüş əməliyyatlarının dayandırılmasına çağıran birgə bəyəanat veriblər.

Görüşdən sonra çıxış edən Almaniya xarici işlər naziri Frank-Walter Steinmeier deyib ki, danışıqlar dalandan çıxmasa da, “nəzərəçarpacaq” tərəqqi əldə olunub.

O deyib ki, ağır silahları ötən il əldə olunmuş Minsk razılaşmasına əsasən müəyyən edilmiş demarkasiya xəttindən 15 kilometrlik məsafəyə çəkmək baradə razılıq əldə olunub.

Açıq-aşkar qəsbkarlıq

ABŞ-ın dövlət katibi John Kerry deyib ki, döyüşlərin qızışması “həyəcanlandırıcı vəziyyətdən” xəbər verir.

Dövlət katibinin sözlərinə görə, ABŞ xüsusilə də separatçıların öz nəzarətlərində olan əraziləri genişləndirməsi cəhdlərindən narahatdır.

John Kerry separatçıların xüsusilə də mühüm dəmir yolu qovşağını ələ keçirmək cəhdlərinin ciddi narahatlıq doğurduğunu deyib.

Dövlət katibi vurğulayıb ki, separatçılar artıq indinin özündə nəzarətlərində olan əraziləri genişləndiriblər.

“Bu açıq-aşkar torpaq qəsbkarlığıdır, - deyib Keryy – və onların imzaladıqları Minsk atəşkəs razılaşması ilə ziddiyyət təşkil edir”.

Power: Putinin planı işğal deməkdir

Bu arada ABŞ-ın BMT-dəki səfirti Samantha Power Rusiyanı Ukraynadakı vəziyyəti gərginləşdirməkdə ittiham edib.

O deyib ki, Putinin yeni sülh planı hərbi işğala cəhddən başqa bir şey deyil.

“Bu plan separatçıların sentyabr ayında ələ keçirdikləri ərazilərin zəbtini və Rusiya hərbçilərinin və silahlarının Ukrayna ərazisində olmasını legitimləşdirməyə çalışır” – deyib ABŞ səfiri BMT Təhlükəsizlik Şurasının iclasında.

“Gəlin Putinin sülh planı üzərindən pərdəni qaldıraq və bunu öz adı ilə adlandıraq – Rusiyanın işğal planı” – deyib Samantha Power.

Ötən həftə Kreml xəbər vermişdi ki, Vladimir Putinin sülh təklifi Kiyev tərəfindən rədd edilib.

Rusiya prezidentinin sözçüsü bildirmişdi ki, bu planda hər iki tərəfdən ağır silahların təmas xəttindən geri çəkilməsi təklif olunmuşdu.

Lakin xanım Power bildirib ki, bu plan Rusiyanın Minsk öhdəliklərindən geri çəkilməsinə imkan yaradar və əvəzində Ukrayna sərhədlərinə nəzarətin Kiyevə qaytarılmasını əngəlləyərdi.

Poroshenko: Moskva sülh yox, müharibə istəyir

Çərşənbə günü Davosda çıxış edən prezident Petro Poroshenko bəyan edib ki, hazırda Ukrayna ərazisində Rusiya ordusunujn 9 min əsgəri var.

“Əgər bu təcavüz deyilsə, onda nədir?” – deyə sual edib Ukrayna prezidenti.

“Həll yolu çox sadədir, - deyib Poroshenko, - silahla təchizatı dayandırın, qoşunlarınızı çəkin və sərhədi bağlayın. Çox sadə sülh planıdır bu. Lakin əgər siz başqa bir şeyi müzakirə etmək istəyirsinizsə, bu o deməkdir ki, siz sülh yox, müharibə istəyirsiniz”.

Lakin Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib ki, Minsk sazişinə görə Donetsk hava limanı separartçıların nəzarətində olmalıdır.

Buna cavab olraq Ukraynanın Müdafyiə Nazirliyi bildirib ki, Ukrayna ərazisinin hansı hissəsinin kimin nəzarətində olması məsələsini Lavrov həll etmir.

Ukrayna ordusunu böyüdür

Cənab Poroshenko Ukraynanın şərqində yaranmış vəziyyətlə əlaqədar Davos səfərini yarımçıq dayandıraraq ölkəsinə qayıdıb.

Öz növbəsində Rusiya Ukrayna ərazisində ona aid qoşunların olmasını inkar edir.

Moskva separatçıların tərəfində yalnız Rusiyadan olan “könüllülər”in döyüşdüyünü etiraf edir.

Ukraynadan alınan başqa xəbərlərdə deyilir ki, baş nazir Arseniy Yatsenyuk ölkə ordusunun 250 min əsgərə çatdırılması barədə qanun layihəsinin parlamentə təqdim olunduğunu bildirib.

Hökumətin rəqəmlərinə görə, bu, Ukrayna Silahlı Qüvvələrindəki hərbçilərin daha 68 min nəfər artması deməkdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG