Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:19

Prezident İlham Əliyev yanvarın 21-də Davosda İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian ilə görüşüb.

AzərTAc xəbər verir ki, görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub. Ötən il Davosda Azərbaycan və İran prezidentlərinin görüşündən keçən müddətdə ölkələr arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafının məmnunluq doğurduğu qeyd edilib.

Məlumatda deyilir ki, söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələri, o cümlədən enerji, qarşılıqlı sərmayə qoyuluşu, neft, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG