Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:30

Kəlbəcərdəki döyüşdə bir erməni əsgəri öldü, daha biri yaralandı


Azərbaycan əsgəri hərbi təlimdə

Azərbaycan əsgəri hərbi təlimdə

-

Yanvarın 21-ə keçən gecə erməni və Azərbaycan qoşunlarının təmas xəttində növbəti qarşıdurma baş verib. Bir erməni əsgəri ölüb, daha biri yaralanıb.

Erməni tərəfi Azərbaycanı, Azərbaycan isə Ermənistanı təxribat-kəşfiyyat əməliyyatında günahlandırır.

Erməni tərəfinin məlumatına görə, "gecə saat 3 radələrində Kəlbəcər istiqamətində baş verən döyüşdə" 32 yaşlı hərbçi Napet Asatryan ölüb, 41 yaşlı Ovanes Gasparyan isə yaralanıb. Məlumata görə, Azərbaycan tərəfi itki verərək geri çəkilib.

Erməni tərəfi Azərbaycanı təmas xəttində daimi gərginlik ab-havası və panika yaratmağa çalışmaqda ittiham edir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında isə deyilir ki:

"Yanvarın 21-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə işğalçılardan Naapet Asatryan məhv edilib, Ovannes Qasparyan isə ağır yaralanıb.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməməklə yanaşı bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır".

Azərbaycan tərəfi döyüşün harda baş verdiyini deməsə də, ölən və yaralanan erməni əsgərlərinin adları qarşı tərəfin məlumatındakı kimidir.

Erməni tərəfi il başlanandan 8 hərbçi itirdiyini deyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG