Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:16

7 nəfərlik ailəni öldürən əsgər günahını boynuna alıb


Valeri Permyakov
Valeri Permyakov

Ermənistandakı Rusiya hərbi bazasının əsgəri, Gümridə 7 nəfərlik ailəni qırmış Valeri Permyakov günahını etiraf edib.

Bu barədə Ermənistanın İstintaq Komitəsinin rəhbəri Sona Truzyan məlumat verib.

Erməni tərəfi ona qarşı 2 və daha artıq şəxsi öldürmək maddəsi ilə ittihamı irəli sürüb. İlkin istintaqı Ermənistanın İstintaq Komitəsi aparır.

Rusiya tərəfdən isə Permyakova qarşı öz xidməti silahı ilə hərbi hissəni özbaşına tərk etmək və qətl maddələri ilə cinayət işi açılıb.

Son günlər Güsmridə keçirilən aksiyalarda əsgərin Ermənistana verilməsi tələb edilirdi.

XS
SM
MD
LG