Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:04

Rusiya Ukrayna ərazisindən yan keçən dəmiryolu xəttinin çəkilişinə başlayır.

Bunu "Rusiya Dəmir Yolları"nın rəhbəri Vladimir Yakunin deyib.

Onun sözlərinə görə, yeni xətt Rusiyanın cənubuna Ukraynanın "narahat" bölgələrinə dönmədən getməyə imkan verəcək.

Amma alternativ xətt Ukraynadan keçən 26 kilometrlik xətdən xeyli uzun olacaq.

Yakunin deyib ki, sərnişindaşımada xərcləri azaltmaq üçün ikimərtəbəli vaqonlardan istifadə olunacaq.

Bundan əvvəl Rusiya Avropa Birliyinə təklif edib ki, qazı Ukraynadan keçmədən - Türkiyə vasitəsilə Avropa ölkələrinə çatdırsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG