Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:43

Ermənilərin Ağdamdakı cinayətlərini sənədləşdirən fotoqraf Azərbaycanın qara siyahısında


- AzadAvropa.AzadliqRadiosu əməkdaşı Margot Buff-un Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə foto çəkilişlər aparması Azərbaycan Respublikasının Dövlət sərhədi haqqında qanununun pozulmasıdır. Bu fikri Azərbaycan Xarici işlər nazirlyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev səsləndirib.

Nazirliyin saytında yerləşdirilən xəbərdə Hikmət Hacıyev Azadlıq Radiosunu ittiham edir ki, bu fotolar vasitəsilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimi, işğal və təcavüzün nəticələrini təşviq edir, azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə toxunur.

Xatırladırıq ki, Azərbaycan rəsmisinin bu bəyanatı Lent.az saytının fotolarla bağlı sorğusuna cavab idi.

APA Azərbaycan XİN-nə istinadla artıq Margot Buffun qara siyayıya salındığını xəbər verir.

Şərhləri göstər

XS
SM
MD
LG