Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:08

-

Yanvarın 21-də 13 saylı CÇM-də həbsdə olan Müsvat Partiyası başqanının müavini Tofiq Yaqublu ilə vəkil Nemət Kərimlinin görüşünə icazə verilməyib.

Bu haqda AzadlıqRadiosuna Nemət Kərimlinin özü məlumat verib:

“Tofiq Yaqublu CÇM-ə köçürüləndən sonra ötən ilin noyabrında onunla görüşmək üçün Ədliyyə Nazirliyinə müraciət etmişdim. CÇM rəhbərliyinə nazir müavinin imzası ilə məktub təqdim olundu ki, görüşə icazə verilir. Qanunda göstərilir ki, bu icazə müddətsiz verilir və vəkil istədiyi vaxt müdafiə etdiyi şəxslə görüşə bilər. Bu icazədən sonra Tofiq Yaqublu ilə iki dəfə görüşmüşəm. Bu gün də görüş üçün getdim, dedilər olmaz. Əsas gətirdilər ki, yenidən hər ay məktub gətirməliyəm. Əslində isə buna ehtiyac yoxdur. Məqsədləri görüş üçün maneə yaratmaqdır. Bununla bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə şikayət hazırlayıram”.

Tofiq Yaqublu ötən ilin yanvarında İsmayıllı hadisələrinə görə saxlanıb. Mart ayında Şəki Ağır Cinayətlər Məhkəməsi ona 5 il cəza kəsib.

Sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Tofiq Yaqublu ittihamlarla razılaşmır və həbsini siyasi motivli hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG