Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:24

Derek Hogan:“ABŞ-Azərbaycan əlaqələrinin təməli dəyişməyib"


“ABŞ-Azərbaycan əlaqələrinin təməli dəyişməz olaraq qalır”.

APA-nın məlumatına görə, bunu Bakıdakı ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hogan son vaxtlar Azərbaycanda ABŞ-ın ünvanına səslənən tənqidlərə münasibət bildirərkən deyib.

Diplomat qeyd edib ki, ABŞ və Azərbaycan müxtəlif sahələrdə birgə fəaliyyət və əməkdaşlığı davam etdirməyə hazırdır: “Ölkələrimiz regional təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin həlli, terrorçuluqla mübarizə və iqtisadi inkişaf sahəsində əməkdaşlıq edir.

Digər istiqamət isə Azərbaycanda demokratiya sahəsidir ki, biz bu yöndə Azərbaycanla əməkdaşlığı davam etdirəcəyik”.

D. Hoqanın qeyd edib ki, ikitərəfli münasibətlərin müəyyən sahələrində fikir ayrılıqları ola bilər, həmin sahələrdə irəliləyişə nail olmaq üçün birgə iş tələb olunur və biz Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG