Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:42

AXCP fəalı «molotov kokteyli» ittihamı ilə polisə çağırılıb


-

Yanvarın 21-də AXCP Sabirabad rayon şöbəsinin fəalı Sahib Rüstəmli polisə çağırılıb. Bu haqda AzadlıqRadiosuna Sahib Rüstəmlinin özü məlumat verib. Fəalın sözlərinə görə, rayon polis şöbəsində onu təxribatda təhrikdə ittiham ediblər:

«Birinci dəfə yanvarın 20-si axşam da çağırmışdılar. Dedilər ki, guya mən digər AXCP üzvü Mirağa Abbasova təklif etmişəm ki, 25 sutkalıq həbsinə etiraz olaraq, «molotov kokteyli» hazırlayıb polis şöbəsinə atsın. Guya biz də bunu çəkib dünyay göstərəcəkmişik. Polislərin bildirdiyinə görə, Mirağa Abbasovun atası bu haqda polisə şikayət edib. Mirağa Abbasov təxminən bir həftədir sutkalıq həbsdən çıxıb və bu müddətdə biz görüşməmişik. Polisdə mənim saxlanmağımla bağlı qərar verdilər. Hətta, qayışımı, ayaqqabılarımın bağlarını da açdılar ki, müvəqqəti saxlanma yerinə aparsınlar. Sonradan fikirlərini dəyişdilər və dedilər ki, get, sabah gəl. Bu gün getdim, yenə eyni ittihamları səsləndirdilər».

Sahib Rüstəmli deyir ki, ikinci gün polisdə onu hədə-qorxu ilə qarşılayıblar:

Polis rəisinin müavini qəbul etdi. Hədə-qorxu gələ-gələ dedi ki, səni tutacağıq. Bildirdi ki, gənclər birliyi yaratmaqla dövlətçilik əleyhinə çıxıram. Mən də bildirdim ki, bizim fəaliyyət qanun çərçivəsindədir

«Polis rəisinin müavini qəbul etdi. Hədə-qorxu gələ-gələ dedi ki, səni tutacağıq. Bildirdi ki, gənclər birliyi yaratmaqla dövlətçilik əleyhinə çıxıram. Mən də bildirdim ki, bizim fəaliyyət qanun çərçivəsindədir. Dedim ki, polisin bu hərəkəti siyasətə qarışmaqdır. Polis isə siyasətə qarışa bilməz. O da dedi ki, biz dövlətçiliyi qoruyuruq. Sonda dedi ki, 1-2 günə AXCP yerli şöbəsinin sədri Səttar Şahlarovla məni prokurorluğa çağırıb, bu məsələni araşdıracaqlar. Hesab edirəm ki, bütün bunlar mənə və partiyanın yerli təşkilatına qarşı təxribatdır».

Sabirabad Rayon Polis Şöbəsinin rəisi Əlifağa Kazımov Sahib Rüstəmlinin polisə hansı səbəbdən çağırılması ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaqdan imtina etdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG