Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:03

-

Valideynlər uşaqlarına maraqlı ad günü keçirməklə onları sevindirməyə çalışırlar, xüsusilə söhbət 5 yaşlı övladdan gedirsə. Lakin İngiltərədə Lawrence (Laurens) ailəsinin keçirdiyi ad günü ancaq xizək əyləncələri ilə məhdudlaşmayıb, ad gününə gəlməyən 5 yaşlı uşağın validynlərilə məhkəmə çəkişməsinə qədər uzanıb.

Ötən ilin sonunda Lawrence-lərin ad günü mərasiminə getməyən Alex Nash-(Aleks Naş) bir qədər sonra məktəbdən evə 24 dollarlıq faktura ilə qayıdıb. Lawrence-lər hesablayıblar ki, onun ad gününə gəlməməsi ailəyə məhz bu qədər ziyan vurub. Çünki Alex ad günü dəvətnasməsinə cavab verərərək şənlikdə iştirak edəcəyini təsdiqləyib, lakin sonradan fikrini dəyişsə də, bu haqda Lawrence-lərə vaxtında xəbər verməyib.

“Həmin gün biz Alexdən seçim etməsini istədik, ya şənliyə getsin, ya da nənə-baba ilə birlikdə olsun. Alex gününü nənə və babası ilə keçirməyə üstünlük verdi” – Alexsin atası Derek Nash “Telegraph”a açıqlamasında izah edir və bildirir ki, ad günü keçirən ailənin əlaqə nömrəsi olmadığından onları xəbərdar edə bilməyiblər.

Lawernclər bu üzrxahlıqla razılaşırmalr, deyirlər ki, Aleksə verilən dəvətnamədə əlaqə nömrəsi də olub.

Alexin atası deyir ki, oğlunun çantasındakı fakturanı görəndə əvvəlcə bunun zarafat olduğunu düşünüb. Amma fakturani diqqətlə nəzərdən keçirəndə məsələnin ciddiliyini anlayıb. Uşağın anasının imzaladığı sənəddə bildirilir ki, Alexsə görə məhz bu qədər xərcləri çıxıb.

Bu hadisədən məyus olan Nash ailəsi sözügedən məbləği ödəməkdən imtina edəndən sonra, Lawrence-lər pulu məhkəmə yolu ilə almaq qərarına gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG