Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:17

Fələstinli Təl Əvivdə avtobusda sərnişinləri bıçaqlayıb


-

İsrail polisi deyir ki, bir fələsinli Təl Əvivin mərkəzində avtobusda bir neçə nəfəri bıçaqlayıb.

Sözçünün dediyinə görə, polis həmin adamın izinə düşüb və onu güllələyib

Yanvarın 21-də səhər baş vermiş hücumda neçə nəfərin bıçaqlandığı dəqiq bəlli deyil.

İsrail mediası 10 nəfərin xəsarət aldığını, üçünün ağır durumda olduğunu xəbərləyir.

Son bir neçə ayda fələstinlilərin hücumlarında 10-dək insan həlak olub, hücumların çoxu Yerusəlimdə baş verib. Təl Əviv və İordan çayının qərb sahilində də hücumlar təşkil olunub.

XS
SM
MD
LG