Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:33

-

ABŞ prezidenti Barack Obama illik çıxışında deyib ki, müharibə və geriləmə illərindən sonra "böhran kölgəsi keçib və dövlətin vəziyyəti möhkəmdir".

Obama prezidentliyi dövründə ABŞ iqtisadiyyatının çətinliklə olsa da dirçəldiyini, işsizliyin 5.6 faizə düşdüyünü vurğulayıb, deyib ki, indi durğunluq və müharibə "səhifəsini çevirməyin" vaxtıdır.

"Artıq 15 ildir yeni əsrə keçmişik. Sərhədlərimiz içində baş verən terror bu 15 ilə kölgə salıb. Yeni nəsil iki uzunmüddətli və bahalı müharibədə vuruşub; ölkəmizdə və dünyada sərt böhranı görüb. Zaman bizim üçün ağır keçib, bu çətinlik hələ də davam edir. Ancaq bu gecə səhifəni çeviririk".

DAHA YAXŞI

Obama çıxışında özünün iqtisadi siyasətini əsaslandırıb, daha kasıblara kömək üçün varlı amerikalılardan daha çox vergi tutulmasından danışıb.

Prezident ABŞ Konqresini çağırıb ki, müasir limanlar, daha güclü körpülər, daha sürətli qatarlar və ən sürətli İnternet bağlantıları üçün infrastruktur planı təsdiqləsin.

Bu, Obamanın respublikaçıların nəzarətinə keçmiş Senat və Nümayəndələr Palatasında ilk illik çıxışı idi.

Respublikaçıların çoxu Obamanın yerli siyasətinə qarşı olduğunu dilə gətirib.

TERRORÇULAR MƏHV EDİLƏCƏK

Obama çıxışında Konqresin bütün üzvlərini birgə işləməyə, partiyalarası mübahisələri kənara qoymağa çağırıb.

Beynəlxalq arenaya gəlincə, ABŞ prezidenti hərbi gücü və güclü diplomatiyanı özündə birləşdirən "daha yaxşı Amerika rəhbərliyinin" olmasına çağırıb. O, Pakistandan tumuş Parisin küçələrinədək terrorçuların məhv ediləcəyini bəyan edib, Konqresi çağırıb ki, İslam Dövləti yaraqlılarına qarşı yeni müharibəyə səlahiyyət versin.

Obama Paris hücumlarından danışanda qanunvericilər azad sözə dəstəklərini göstərmək üçün sarı karandaşlarını yelləyiblər. Charlie Hebdo jurnalına hücumda islamçı yaraqlılar 17 nəfəri öldürüb.


BÖYÜKLƏR BALACALARI QORXUDA BİLMƏZ

ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton öz prinsipinə sadiq qalır – böyük dövlətlər balacaları qorxuda bilməzlər, yəni Rusiyanın təcavüzünə qarşı çıxıb Ukrayna demokratiyasını dəstəkləyir.

Obma onu da deyib ki, Krımı işğal etməsinə və Ukraynadakı hərəkətlərinə görə Moskvaya tətbiq olunmuş beynəlxalq sanksiyalar Rusiyaya ziyan vurub. O, Rusiya prezidenti Vladimir Putinin hərəkətlərinin "strategiya və gücün mahir nümayişi" olduğunu deyənlərlə razılaşmadığını dilə gətirib.

"Bu gün Amerika güclüdür və müttəfiqləri ilə birlikdədir, Rusiya isə təcrid olunub, iqtisadiyyatı çökür," Obama deyib.

YENİ SANKSİYALARA VETO QOYULACAQ

İrana gəlincə, Obama xəbərdarlıq edib ki, ABŞ Konqresinin qəbul etdiyi istənilən yeni sanksiya Tehranla nüvə danışıqlarına təsir edəcək və o, belə addımlara veto qoyacaq.

"İndiki məqamda Konqresin qəbul etdiyi yeni sanksiyalar diplomatiyanı uğursuzluğa düçar edəcək, Amerikanı müttəfiqlərindən uzaqlaşdıracaq, sanksiyaları saxlamaq çətinləşəcək və İran nüvə proqramına yenidən başlayacaq," ABŞ lideri bildirib.

KUBAYA DOSTLUQ ƏLİ

Obama dünyanın müəyyən yerlərində baş qaldıran anti-semitizmin pisləndiyini vurğulayıb, müsəlmanlarla bağlı "təhqiramiz" stereotipləri də rədd edib.

ABŞ prezidenti ABŞ-ın Kubayla bağlı siyasətinin "müddətinin çoxdan bitdiyini" deyib və Konqresi uzun müddətdir qüvvədə olan embarqoya son qoymağa çağırıb. Onun sözlərinə görə, diplomatik əlaqələrin bərpası inamsızlıq mirasına son qoyar və Kuba xalqına dostluq əlini uzadar.

Bu, Obamanın altıncı illik çıxışı idi. İk dəfə olaraq çıxışın mətni tam olaraq internetdə yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG