Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:26

-

"Qanun" nəşriyyatından psixologiya və menecmentə aid iki kitab gəldi. Hər iki kitabı dünya bestselleridir və milyonlarla nüsxəsi satılıb.

Philip Kotler. A-dan Z-dək MARKETİNQ

Marketinq sahəsində dünya şöhrətli mü­təxəssis Kotlerin bu əsəri milyonlarla rəhbər və marketinq üzrə mütəxəssisin masaüstü kitabına çevrilib. Əsərdə şirkətlərin müasir şərtlər altında uğuru üçün əhəmiyyətli olan effektli marketinqin 80 konsepsiyası yığcam və anlaşıqlı formada verilib. Kitab marketinqin zamanın sınağından keçmiş klassik alətləriylə yanaşı, yalnız son illərdə tətbiq edilməyə başlayan yeni innovasiya işləmələri də əhatələyir.

Dr. Richard Carlson XIRDA ŞEYLƏRİ DƏRD ETMƏYİN

Qəzəbli olduğumuz anlarda “xırda şeylər”i şişirdib “böyük məsələ” həddinə çatdırırıq. Guya haqlı çıxmağımız xoşbəxtliyimizdən daha əhəmiyyətlidir. Lakin heç də belə deyil.

Xoşbəxtliyə gedən yol, mühakimələri bir kənara atıb, sevgi əlini uzatmaqdan keçir. Qoyun başqaları haqlı çıxsın. Bu sizin haqsız olduğunuz mənasına gəlmir. Hər şey yoluna düşəcəkdir.

Əlinizi uzatdığınız insanlar sizə qarşı daha az mühafizəkar davranıb, mehriban olacaqlar. Çox vaxt onlar da sizə əl uzadacaqlar.

Amma əgər bu ehtimal özünü təsdiqləməsə də, qətiyyən ürəyinizə salmayın. Daha çox sevgi dolu bir dünya yaratmaq üçün öhdənizə düşəni etməklə qazandığınız daxili sakitlik sizə bəs edər.

Günün bütün mövzuları

XS
SM
MD
LG