Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:58

Yəməndə prezident sarayına hücum edilib


Foto arxiv
Foto arxiv

Yəmənin paytaxtı Sanada yaraqlılar prezident sarayına hücum ediblər.

Onlar şiyələrin birləşdiyi Huthi qrupunun üzvləridir.

İnformasiya naziri Nadia al-Sakkafın məlumatına görə, saray ətrafdakı binaların damından intensiv atəşə tutulur.

Prezidenr Abd-Rabbu Mansurun yeri hələlik dəqiq bəlli deyil.

Ordu komandanlığının məlumatına görə şəhərin xeyli hissəsinə yaraqlılar nəzarət edir.

BBC şahidlərə istinadla sarayın tutulduğunu xəbər verir.

Ölkədə vəziyyət bazar ertəsindən kəskin pisləşib.

Hakimiyyət bunu çevriliş cəhdi adlandırıb.

XS
SM
MD
LG