Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:16

General: “Leyla Yunus kimilər xarici qüvvələrin agentləridir”


General: “Leyla Yunus kimilər xarici qüvvələrin agentləridir”

“ Azərbaycanda təqsirləndirilən şəxslərin saxlanması ilə bağlı hər hansı problem ola bilməz. Leyla Yunus və onun kimilərini hamı tanıyır. Onlar xarici qüvvələrin agentləridir”.

Bunu yanvarın 20-də jurnalistlərə açıqlamasında, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov deyib.

Apa-nın məlumatına görə O, İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudovun 14 saylı Cəza Çəkmə Müəssisəsi ilə bağlı jurnalistlərə təqdim etdiyi arayışa da toxunub:

“Bir neçə gün əvvəl mətbuatda belə xəbər yayılıb ki, guya mən 14 saylı CÇM-də hansısa məhkuma dəyənək tətbiq olunması ilə bağlı Elçin Behbudova arayış vermişəm. Bu, yalan məlumatdır. Mən son dövrlər elə bir arayış verməmişəm. Elçin Behbudovun jurnalistlərə təqdim etdiyi arayış bir il əvvəl baş vermiş başqa məsələ ilə bağlıdır”.

Hüseyn Əlixanov “məhkuma hansı şərtlərlə dəyənək tətbiq oluna bilər” sualına da aydınlıq gətirib:

“Cəza İcra Məcəlləsində nəzərdə tutulub ki, məhkum göstərişə tabe olmazsa, müqavimət göstərərsə ona qarşı müəyyən vasitələrdən istifadə oluna bilər. Əgər məhkuma qarşı dəyənək tətbiq olunarsa, bununla bağlı akt tərtib olunur, həm prokurorluğa, həm baş idarəyə məlumat verilir”.

Hüquq müdafiəçisi Leyla Yunus ötən il iyulun 30-da həbs olunub. O, dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunur.

Hüquq müdafiəçisi ittihamları rədd edir və həbsini siyasi sifariş hesab edir.

Leyla Yunus bir neçə dəfə mətbuat vasitəsi ilə məktub ayaraq, təcridxanada təzyiq, təqib və təhqirlərlə üzləşdiyini bildirib.

Penitensiar Xidmət isə ittihamları rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG