Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:48

Donetskdə vəziyyət getdikcə gərginləşir


Foto arxiv
Foto arxiv

Donetskdə günün ikinci yarısında 3 güclü partlayış baş verib.

İnterfaksın məlumatına görə, şəhərin qərbindən güclü partlayış səsləri eşidilib, hökumət evinin işçiləri dərhal köçürülüb.

Vilayət rəhbərliyi hələlik məsələyə münasibət bildirməyib.

Günün birinci yarısında isə şəhərdəki avtobus dayanacaqlarından birinə mərmi düşüb.

Nəticədə 1 nəfər ölüb, 6 adam isə yaralanıb.

“Ukrainskaya Pravda” qəzeti isə sərhəd xidmətinə istinadla Donetsk vilayətində separatçılarla əlbir olmaqda şübhəli bilinən 4 ukraynalının həbs edildiyini xəbər verir.

XS
SM
MD
LG