Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:36

Yatsenyuk: "Rusiya hələ də separatçılara silah və canlı qüvvə göndərir"


Arseniy Yatsenyuk

Arseniy Yatsenyuk

Ukraynanın baş naziri Arseny Yatsenyuk hələ də Ukraynaya Rusiya ərazisindən canlı qüvvə və hərbi avadanlıqlar göndərildiyini deyib.O bazar ertəsi Kiyevdə keçirdiyi mətbuat konfransında hərbi kəşfiyatda bununla bağlı dəqiq məlumat olduğunu bildirib.

Son məlumatlara görə, Donetsk hava limanında atışma ötən gün davam edib.

Ukrayna Milli Təhlükəsialik və Müdafiə Şurasının nümayəndəsiAndriy Lysenko bildirib ki, Ukrayna ordusu hava limanında nəzarətində olmalı ərazini ələ keçirir, çünki həmin ərazi düz hərbi təmas xəttindədir və Ukrayna tərəfinin nəzarətində olmalıdır.

Separatçılar isə həmin ərazinin onların nəzarətində olduğunu deyirlər.

Son məlumatlara görə, yanvarın 20-si, günün ikinci yarısında Donetskdə3 güclü partlayış baş verib.

İnterfaksın məlumatına görə, şəhərin qərbindən güclü partlayış səsləri eşidilib, hökumət evinin işçiləri dərhal köçürülüb.

Vilayət rəhbərliyi hələlik məsələyə münasibət bildirməyib.

Günün birinci yarısında isə şəhərdəki avtobus dayanacaqlarından birinə mərmi düşüb.

Nəticədə 1 nəfər ölüb, 6 adam isə yaralanıb.

“Ukrainskaya Pravda” qəzeti isə sərhəd xidmətinə istinadla Donetsk vilayətində separatçılarla əlbir olmaqda şübhəli bilinən 4 ukraynalının həbs edildiyini xəbər verir.

ATƏT-in müşahidəçiləri bu günlərdə bəyanat yayaraq Ukraynanın şərqində vəxiyyətin yenidən gərginləşdiyini bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG