Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:30

Rusiya Ukrayna üçün qazın qiymətini qaldırmaq istəyir


Minister Dmitry və Aleksei Miller
Minister Dmitry və Aleksei Miller

Rusiyanın Qazprom şirkəti qış fəslində qaza görə Ukraynaya edilən endirimin aprelin 1-də bitəcəyini deyir.

Şirkətin rəhbəri Aleksei Miller yanvarın 20-də baş nazir Dimitry Medvedevlə görüşdə deyib ki, Ukraynaya verilən qazın qiyməti aprelin 1-dən köhnə müqaviləyə əsasən müəyyən ediləcək.

Amma o konkret rəqəm göstərməyib.

Qazprom bundan əvvəl 2009-cu ilin müqaviləsinə əsasən qazın 1000 kubmetrini Ukraynaya 480 dollara satırdı.

Kiyev isə qiymətin aşağı salınmasına çalışırdı.

Ötən ilin oktyabrında tərəflər arasında əldə olunmuş razılaşmaya görə, Kiyev 2014-cü ilin sonunadək , 2015-ci ilin birinci rübünədək isə 365 dollar ödəməlidir.

Miller həmçinin bildirib ki, hazırda Ukraynanın qaza görə Rusiyaya 2.44 milyard dollar borcu var.

XS
SM
MD
LG