Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:50

Rusiya ilə İran hərbi əməkdaşlığı artırır


Hossein Dehqan vəSergei Shoigu

Hossein Dehqan vəSergei Shoigu

Rusiya ilə İran hərbi əməkdaşlığı genişləndirilməsi barədə razılaşma imzalayıblar.

Sənədi yanvarın 20-də Tehranda İranın müdafiə naziri Hossein Dehqan və onun rusiyalı həmkarı Sergei Shoigu imzalayıb.

Razılaşmada terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq, qarşılıqlı səfərlərin artırılması, hərbi kadrlar hazırlanması və müşahidəçi kimi hərbi təlimlərdə iştirak nəzərdə tutulur.

Shoigunun sözlərinə görə, razılaşmada həmçinin hərbi gəmilərin Rusiya və İran limanlarına yan almalarının artırılması nəzərdə tutulur.

Hossein Dehqan isə bildirib ki, xarici qüvvələrin regiona mümkün müdaxiləsinin qarşısını almaq üçün əməkdaşlığı inkişaf etdirmək lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG