Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:12

Azərbaycanda 20 yanvar faciəsinin 25-ci ildönümü anılır.

Bakı vaxtı ilə saat 12-də bu faciədə ölənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib,məzarları üzərinə qərənfillər düzüb.

Həmçinin digər hökumət üzvləri, deputatlar, diplomatik korpusun nümayəndələri, müxalifət partiyaları və şəhər sakinləri Bakıdakı Şəhidlər Xiyabanını ziyarət ediblər.

Səhər saatlarından başlayaraq Şəhidlər Xiyabanına minlərlə insan axışıb.Ziyarətlə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Həmçinin ölkənin bütün bölgələrində 20 yanvar qurbanlarının xatirəsi anılıb.

Keçmiş Sovet rejimi 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq üçün Bakıya qoşun yeritdi.

Əməliyyat zamanı 130-dan çox adam öldürüldü, 700-dən çox adam yaralandı.

AzadlıqRadiosu-nun 20 Yanvar səhifəsində bu faciə ilə bağlı foto və videolar, xəritələr və canlı şahidlərin dediklərilə tanış ola bilərsiz.

Günün bütün mövzuları

XS
SM
MD
LG