Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:25

Rusiya ilə müharibə başlasa nə etməli?- Foto


Yumruq üzərinə çəkilmiş Litva və Rusiya bayraqları

Yumruq üzərinə çəkilmiş Litva və Rusiya bayraqları

-

Mülayim iqlimi və nüvə reaktoru olan Litva indiyə kimi nə təbii, nə də texnoloji fəlakətlərdən zərər çəkib.

Amma Müdafiə Nazilriyinin fövqəladə hallarda davranışla bağlı yaydığı kitabça vətəndaşlara bu kimi fəlakətlərdə özünü necə aparmağı tövsiyyə edir.
Bu həftə dərc olunan və kitabxanalara, hərbi hissələrə göndərilən 98 səhifəlik vəsait vətəndaşların mümkün basqın, işğal və hərbi münaqişə zamanı davranış qaydalarından bəhs edilir.

«Ekstremal situasiyalarda ya müharibə məhrələsində özünü necə aparmalı» adlanan vəsait 1940-1991-ci illərdə Sovet nəzarəti altında yaşayan, amma indi Avropa Birliyinin və NATO-nun üzvlüyünün çətiri altında təhlükəsizliyini təmin edən Litvanın böyük narahatlığını göstərə bilər.

TƏHLÜKƏLİ QONŞU

Kitabça

Kitabça

Vilnüs rəsmiləri hələ ötən il deyiblər ki, Ukraynada baş verənlər Rusiyanın təhlükəli qonşu kimi qaldığını göstərir.

Müsafiə naziri Juozas Olekas Reuters-ə müsahibəsində bildirib ki, Rusiya Ukraynada aqressiv hərəkətlərə başlayanda litvalılar başa düşüb ki, qonşu dostcanlı deyil. O deyir, Rusiya və rusiyapərəst seperatçılar tərəfindən əraziləri işğal olan Gürcüstan və Ukrayna nümünəsi göstərir ki, onlar da oxşar hadisələrdən sığortalanmayıb. Juozas Olekas vəsaitin təqdimatında bildirib ki, orta Litva vətəndaşlarından vətənin müdafiəsi ilə bağlı suallarla tez-tez qarşılaşıb.

Müdafiə Naziriyinin veb-saytından yüklənməsi mümkün olan vəsaitdə düşmən əsgərlər evə girən zaman necə gizlənməklə bağlı da məsləhətlər var.

Burda həmçinin düşmən əleyhinə mülki itaətsizlik formaları: tətillər, blokadalar, dezinformasilar, kiberhücum kimi instruksiyalar da yer alıb.

«HİBRİD MÜHARİBƏ”yə NECƏ CAVAB VERMƏLİ?

Baxmayaraq ki, vəsaitdə Rusiya spesifik olaraq xatırlanır, amma fərqlənmə nişanı olmayan və ya hansısa dövlətə məxsusluğu bilinməyən hərbçilərin daxil olduğu «hirbid müharibəyə» necə cavab verilməsi ilə bağlı məsləhət də yer alıb. Bu məsləhət açıq-aydın Ukraynadakı müharibənin əlamətlərini özündə əks etdirir, axı Moskva da Ukraynada seperatçıları silah və əsgərlə təmin etdiyini boynuna almır.

Arxiv foto

Arxiv foto

«Litva vətəndaşları onların ərazilərində və ya hardasa kimliyi məlum olmayan silahlı şəxsləri müşahidə edərsə, dərhal hakimiyyəti məlumatlandırmalıdır», vəsaitdə məsləhət edilir.

LİTVA ƏHALİSİNİN EVAKUASİYASI DA MÜMKÜNDÜR

Müdafiə Nazirliyinin vəsaiti litvalıları mümkün evakuasiyasını da vurğulayır. Vəsaitdə Cənubdan Polşaya, qərbdən bərə ilə Polşa, Almaniya, İsveç, Finlandiyaya keçməkdən danışılır. Litvanın LNG qaz terminalının sahilyanı xətləri istənilən düşmən üçün strateji əhəmiyyətlidir, buna görə dəniz yolu ilə evuakasiya da eyni zamanda təhlükəli sayılır.

Litvalılara məsləhət görülür ki, gözlənilməz hadisələrdən xilas olmaq üçün indidən tədarük görsünlər: maşının yanacaq çəni dolu olsun, ərzaq ehtiyatı tutulsun, ailənin qoca və azyaşlılarına, o cümlədən, ev heyvanlarının xüsusi ehtiyacları əvvəldən hazırlansın.

Eyni zamanda Litva yavaş-yavaş öz hərbi texnikasını gücləndirir, hərbi büdcəsini artırır.

Litvanın 3 milyon əhalisi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG