Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:12

Müdafiə nazirliyi Ermənistanı yalani məlumatlar yaymaqda günahlandırır


Foto arxiv

Foto arxiv

“Ermənistanın kütləvi informasiya vasitələri növbəti dəfə özlərinin qeyri-döyüş itkilərinə haqq qazandırmaq, cəbhədə vəziyyəti gərginləşdirmək və günahı Azərbaycanın üzərinə yıxmaq məqsədilə,Azərbaycan Ordusunun itki verərək geri çəkilməsi barədə dezinformasiya xarakterli məlumatlar yayır”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, Azərbaycan ordusu bütün cəbhə boyu vəziyyətə tam nəzarət edir və qarşı tərəfin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

Ermənistan mətbuatı yanvarın 20-nə keçən gecə Azərbaycanın diversiya qruplarının təmas xəttini 8 dəfə keçməyə cəhd göstərməsi, hər dəfə də bunun qarşısının alınmasıvə itki verərək geri çəkilməsi barədə məlumatlaryayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG