Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:41

Ukraynada hərbi səfərbərlik başlayıb


Foto arxiv
Foto arxiv

Prezident Petro Poroshenkonun bu günlərdə imzaladığı fərman yanvarın 20-də parlamentin mətbu orqanı olan “Ukraynanın səsi” qəzetində dərc olunaraq qüvvəyə minib.

Fərmana görə,səfərbərlik 3 mərhələdə həyata keçiriləcək və ümumilikdə 210 gün çəkəcək.

Orduya 20-27 yaş arası kişilər çağırılacaq.

2015-ci ildə 100 minə yaxın əsgər səfərbər ediləcək.

Hakim dairələr bunun səbəbini Rusiya tərəfindən Ukraynanın ərazi bütövlüyünə təhlükə olması ilə izah edir.

Hazırda Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında döyüş gedir.

Atəşkəs razılaşmasına baxmayaraq silahlı toqquşmalar davam edir.

Ukrayna ordusunun son məlumatına görə Donetsk hava limanı artıq demək olar ki, onların nəzarətinə keçib.

Separatçılar isə aeroportun onların nəzarətində olduğunu deyirlər.

Son sutka ərzində azı 2 nəfərin öldüyü, 11 adamın isə yaralandığı xəbər verilir.

XS
SM
MD
LG