Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:00

Rusiyadan olan turistlərin Britaniyanın otel və mağazalarında xərclədiyi pul ötən il 28 faiz azalıb.

Global Blue firması bildirir ki, bu, ilk növbədə Rusiya rublunun iflası ilə bağlı olub.

Rusiya milli valyutasının yarıbayarı ucuzlaşması xarici səfərləri Rusiya vətəndaşları üçün daha bahalı edib.

Rusların yerini qismən Honq-konqlular tutublar. Onlar ötən il Britaniyada 9 faiz çox pul xərcləyiblər.

Rus turistlər Britaniyaya gələn qeyri-Avropa İttifaqı ölkələrinin ilk beşliyinə daxil idilər, lakin indi heç ilk onluğa da düşə bilməyiblər.

Britaniyada xərcklənın bütün pulların 80 faizinin qeydiyyatı vergidən azad ticarət sistemini nizamlayan Global Blue firmasından keçir.

Bu firma qeyri-Avropa ölkələrindən gələn turistlərin aldığı 30 funtdan baha bütün mal və xidmətlərin dəyərinin 20 faizini yenidən onlara qaytarır.

Britaniyada xəərclənən pullarını ötən il 20 faiz artırmış Çinin vətəndaşlarını Dumanlı Albiona cəlb edən də əsasən budur.

Günün bütün mövzuları

XS
SM
MD
LG