Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:26

“Onlar insan deyillər” – “İslam dövləti”nin girovluğundan qurtulanlar danışır


"İslam dövləti"nin ələ keçirdiyi Sincardan qaçan yüzidi kürdlər, avqust 2014

"İslam dövləti"nin ələ keçirdiyi Sincardan qaçan yüzidi kürdlər, avqust 2014

-

"Allaha and olsun ki, bir dəfə mən onların 500 nəfər qız-gəlini ayırıb necə apardıqlarını gördüm”.

Bunu 75 yaşlı Khirzi Naif Azadlıq Radiosunun İraq xidmətinə deyir. O, İraqdakı “İslam dövləti” yaraqlılarının 6 ay girov saxladıqdan sonra bu günlərdə azad etdiyi 200 nəfər yezidi kürddən biridir. Azad olunanlar əsasən qocalar və xəstələrdir. Aralarında bir neçə uşaq da var.

“Hamının pulunu, qır-qızılını, hər şeyini əlindən aldılar. Kimdən xoşları gəlmirdi, kim onların göstərişlərinə əməl etmirdi, öldürürdülər” – deyə Naif xatırlayır.

65 yaşlı qadın - Sheme Salih deyir ki, girov götürüldükdən sonra yaraqlılar qadınları kişilərdən ayırdılar. İndi də bilmirəm ki, bizi 6 ay orda saxlayanların adları nə idi”.

Girovluqdan azad edilənlərə İraq hökuməti müvəqqəti çadırlarda sığınacaq verib.

2014-cü ilin avqustunda “İslam dövləti” Sincarı ələ keçirəndə orada yaşayan on minlərlə yezidi kürd canını götürüb qaçmışdı. Bu kiçik dini icmanı “İslam dövləti” kafir, dönük hesab edir.

"İslam dövləti" yaraqlısı

"İslam dövləti" yaraqlısı

O zaman yüzlərlə yezidi kürd yaraqlıların əlinə düşmüşdü. Onların bir çoxunu ölkənin şimalındakı Tal Afar şəhərinə aparmış və Ərbil yaxınlığında körpüdən atmışdılar.

Son aylar girovluqdan azad edilən belə insanların dediklərindən məlum olur ki, “İslam dövləti” əlinə düşən qadınları kölə kimi satır.

Girovluqdan qaça bilmiş qadınların dediyinə görə, onlar zorlanıb, döyülüb, işgəncələrə məruz qalıblar.

60 yaşlı qadın – Merdin Azadlıq Radiosunun İraq xidmətinə deyir ki, yaraqlılar hətta bir neçə uşağı olan qadınları da aparırdılar:

“Beş, hətta yeddi uşağı olan qadınları da apardılar. Kişilərisə öldürdülər. Onlar adam deyillər. Heç kafirlər də bunlar kimi cinayətlər törətməyiblər.”.

“İslam dövləti”nin 200 nəfəri azad etməsinin səbəbi sirr olaraq qalır.

Kürd komandirlər düşünürlər ki, qoca və xəstə adamlar yaraqlılar üçün əlavə yük ola bilərdi. Onları yedizdirmək isə əlavə xərc.

Azad edilənlərdən bəziləri çadır şəhərciyinə xərəkdə gətirilib.

İraq ordusu ölkənin bəzi bölgələrini “İslam dövləti”ndən geri alsa da, xeyli kənd-şəhər hələ də yaraqlıların nəzarətində qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG