Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:20

Yaxınları Whitney Houston haqda filmi yıxıb-sürüdü [Video]


Whitney Houston

Whitney Houston

-

Məşhur Amerika müğənnisi Whitney Houston-un həyatı film oldu.

Amma yaxınları uzun bir bəyanat verərək Angela Bassett-in çəkdiyi filmi sərt tənqid etdilər.

“Lifetime” telekanalında ötən şənbə yayınlanan və sadəcə, “Whitney” adlanan film müğənninin keçmiş əri Bobby Brown-un baxış bucağını əks etdirir.

Onlar arasında olan mürəkkəb münasibətlər qabardılır.

Bəyanatda deyilir ki, müğənninin anası filmə xeyir-dua verməyib, filmi çəkməməyi xahiş edib.

Bəyanatda rejissor da tənqid edilir. Onun Whitney Houston-la birlikdə bir filmə çəkilməsindən sui-istifadə etdiyi, özünü müğənninin dostu kimi təqdim etdiyi, bir filmdəki işbirliyindən bədii filmə legitimlik vermək üçün yararlandığı deyilir.

Whitney Houston 2012-ci ilin fevralında oteldə aşırı narkotik dozasından dünyasını dəyişib.

Günün bütün mövzuları

XS
SM
MD
LG