Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:50

Gümrüdəki qətllərdə yaralanan 6 aylıq uşaq da öldü


6 aylıq Seryoja Avetisyan

6 aylıq Seryoja Avetisyan

-

Ermənistanın Gümrü şəhərində törədilmiş hücumda yaralanan 6 aylıq uşaq keçinib.

Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Yanvarın 12-də törədilən bu hücumda 1 ailən 6 üzvü öldürülmüş, 6 aylıq Seryoja Avetisyan isə sağ qalmışdı.

Amma həkimlər onun həyatını xilas edə bilməyiblər.

Bu hücumda şübhəli bilinən Rusiya əsgəri Valery Permyakov həbs edilib.

O Gümrüdəki 102 saylı Rusiya bazasında xidmət edirdi.

Bundan sonra Gümrüdəki Rusiya bazası və vilayət rəhbərliyinin qarşısında kütləvi etiraz aksiyaları keçirildi.

Aksiyaçılar əsgərin Ermənistanda mühakimə olunmasını tələb edirlər.

Gümrü sakinlərinin tələbini Şirak vilayətinin qubernatoru Feliks Tsolakyan da dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG